Əli Əhmədov YAP-çılara səsləndi: 'Fəal olun'

Əli Əhmədov YAP-çılara səsləndi:
İDMAN
15:45 01.04.2013
2168

Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov martın 30-da Saatlı rayonunda partiyanın fəalları ilə görüşüb.

AZXEBER.COM xəbər verir ki, Ə.Əhmədov ilk öncə Saatlı rayonunda YAP-ın yeni istifadəyə verilən inzibati binası ilə tanış olub.Gənclər Mərkəzində keçirilən görüşdə YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev məlumat verərək bildirib ki, partiyanın 7522 nəfər üzvü 77 ilk ərazi təşkilatında birləşib və fəaliyyət göstərir. Üzvlərin 35 faizini gənclər, 30 faizini isə qadınlar təşkil edir. L.Şıxəliyev partiyanın fəaliyyətindən və qarşıda duran vəzifələrdən bəhs edib.Fəallar qarşısında çıxış edən YAP-ın Sədr müavini Əli Əhmədov bildirib ki, bu gün Saatlı rayonunu əzəmətli, gözəl, inkişaf etməkdə olduğunu görmək insanda çox xoş təsir bağışlayır: "Saatlı rayonunda aparılan tikinti, abadlıq işlərini Azərbaycanın inkişafının bariz nümunəsi hesab etmək olar. Saatlı sözün həqiqi mənasında bu rayonda yaşayan, işləyən hər bir sakinə layiq səviyyədə inkişaf edir. Rayonda görülən işlər Prezident İlham Əliyevin dediyi kimi, xalqa xidmətin göstəricisidir. Azərbaycan dövlətinin, Heydər Əliyev siyasi xəttinin əsl qayəsi bundan ibarətdir ki, insanlar normal, sabit, təhlükəsiz şəraitdə, xoşbəxt yaşasınlar. İnsanların yaxşı yaşaması onların təbii haqqlarıdır. Əldə olunan nailiyyətlər, əhalinin həyat səviyyəsinin yüksəlişi dinamik, stabil iqtisadiyyatımızın düzgün, müdrik şəkildə idarə olunmasıdır. 10 il ərzində 20 dəfə büdcəsi artan Azərbaycanın hesabında bu gün 20 milyard manat vəsaiti var. Həll olunan problemlər imkanlarımızın artmasından irəli gəlir. Bu inkişafın dayanıqlı, əbədi olmasının yeganə yolu 2013-cü ilin oktyabrında keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyini müdafiə etmək və ətrafında daha sıx birləşməkdən ibarətdir".Əli Əhmədov partiya fəallarının qarşısında duran vəzifələrdən də danışıb. Qeyd edib ki, hər bir partiya üzvü seçkilərdə fəal olmalı və qələbəmizin təmin edilməsində səylərini ortaya qoymalıdır.Görüşdə YAP fəallarından əməkdar müəllim Oktay Məmmədov, Ruxsarə Səmədova, Rübabə Allahverdiyeva və başqaları çıxış edərək Saatlı rayon sakinlərinin 2013-cü ilin oktyabrında keçiriləcək prezident seçkilərində İlham Əliyevdən başqa namizədlərinin olmadığını və yalnız ona səs verəcəklərini bildiriblər.Saatlı rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov görüşdə iştirak edib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Magistr olmaq istəyənlərə yeni fürsət - DİM açıqladı
22:09 21.08.2026
Magistr olmaq istəyənlərə yeni fürsət - DİM açıqladı
Azərbaycandan keçməklə Ermənistana buğda və propan göndəriləcək
22:05 21.08.2026
Azərbaycandan keçməklə Ermənistana buğda və propan göndəriləcək
Hacıbəy Heydərli: Azərbaycan və Özbəkistan media və QHT-lərinin əməkdaşlığı dünyaya nümunədir
22:00 21.08.2026
Hacıbəy Heydərli: Azərbaycan və Özbəkistan media və QHT-lərinin əməkdaşlığı dünyaya nümunədir
Xəstəxanada izdiham: "Dörd gündür həkim qəbuluna düşə bilmirəm" - VİDEO
21:55 21.08.2026
Xəstəxanada izdiham: "Dörd gündür həkim qəbuluna düşə bilmirəm" - VİDEO
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
21:41 21.08.2026
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Xocavənddə mina partlayışı: Xəsarət alan şəxsin vəziyyəti açiqlandi
21:36 21.08.2026
Xocavənddə mina partlayışı: Xəsarət alan şəxsin vəziyyəti açiqlandi
“Opel” idarəetmədən çıxaraq aşdı - 3 nəfər xəsarət aldı
21:34 21.08.2026
“Opel” idarəetmədən çıxaraq aşdı - 3 nəfər xəsarət aldı
Anar Nəcəfliyə yeni vəzifə verildi
21:31 21.08.2026
Anar Nəcəfliyə yeni vəzifə verildi
Gəncədə 65 yaşlı kişi qətlə yetirilib
21:25 21.08.2026
Gəncədə 65 yaşlı kişi qətlə yetirilib
Ərzaq bazarlarında təhlükəsiz qida təminatı üçün nələrə əməl olunmalıdır? - VİDEO
21:17 21.08.2026
Ərzaq bazarlarında təhlükəsiz qida təminatı üçün nələrə əməl olunmalıdır? - VİDEO
Gəncədə boğularaq öldürülən qadının - Fotosu
21:07 21.08.2026
Gəncədə boğularaq öldürülən qadının - Fotosu
Azərbaycan–Özbəkistan müttəfiqliyi: Bakı–Daşkənd xətti yeni regional reallıq formalaşdırır
21:02 21.08.2026
Azərbaycan–Özbəkistan müttəfiqliyi: Bakı–Daşkənd xətti yeni regional reallıq formalaşdırır
Peyvənd vurulan uşaqların sayı açıqlandı
20:56 21.08.2026
Peyvənd vurulan uşaqların sayı açıqlandı
Azərbaycan və Özbəkistanın dostluğu, qardaşlığı dünyaya nümunədir - ŞƏRH
20:54 21.08.2026
Azərbaycan və Özbəkistanın dostluğu, qardaşlığı dünyaya nümunədir - ŞƏRH
Bağlanan universitetin tələbələrinin aqibəti necə olacaq? - AÇIQLAMA
20:38 21.08.2026
Bağlanan universitetin tələbələrinin aqibəti necə olacaq? - AÇIQLAMA
43 yaşlı kişi traktor sürərkən minaya düşdü - 3 qurum birgə məlumat yaydı
20:35 21.08.2026
43 yaşlı kişi traktor sürərkən minaya düşdü - 3 qurum birgə məlumat yaydı