Əli Əhmədovdan müxalifətə məsləhət

Əli Əhmədovdan müxalifətə məsləhət
Bütün Xəbərlər
21:24 19.03.2012
979
“Müxalifət bütün bunlardan düzgün nəticə çıxarmalı, öz hərəkətlərinə və davranışlarına tənqidi yanaşmalıdır”
“Siyasi partiyaların çağırışları o zaman normal qəbul oluna bilər ki, həmin çağırışlar qəbul olunmuş ümumi demokratik dəyərlərə və normalara müvafiq olsun. Amma həqiqət ondan ibarətdir ki, ölkə vətəndaşları birmənalı şəkildə hazırki hakimiyyəti dəstəkləyirlər. AZXEBER.COM-un məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının sədr mavini Əli Əhmədov partiyanın saytına müsahibəsində deyib. O, bildirib ki, ölkə vətəndaşlarının və seçicilərinin bugünkü müxalifətə etimadı olduqca aşağı düşüb, hətta demək olar ki, sıfır həddinə gəlib, çatıb: “Belə olan halda, müxalifət nümayəndələrinin və təmsilçilərinin çağırışları Azərbaycan vətəndaşları tərəfindən böyük etinasızlıqla qarşılanır. Onların çağırışları cəmiyyətimizdə hər hansı bir reaksiya doğurmur və ictimai müzakirə predmetinə belə çevrilmir. Bütövlükdə, cəmiyyətdə bu cür radikal mövqedə duran müxalifətə inamsızlıq və etimadsızlıq var. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bəhs olunan qüvvələr bu vəziyyətdən düzgün nəticə çıxara bilmirlər. Prinsip etibarilə müxalifətin əleyhinə deyiləm. Ancaq müxalifət cəmiyyətə hər hansı alternativ ideyanı, düşüncəni təklif etməli və buna müvafiq olaraq özünə tərəfdarlar formalaşdırmalıdır. Amma müxalifət cəmiyyətə bu gün hakimiyyətin həyata keçirdiyi siyasətdən və konsepsiyadan az da olsa, fərqlənən ideya və ya konsepsiya təklif edə bilmir. Onların bacardıqları və məmnuniyyətlə etdikləri yeganə iş Azərbaycana qara yaxmaq, böhtan atmaq və ölkə reallıqlarını təhrif etməkdir. Bu böhtan təkcə Azərbaycan iqtidarına atılmır, bütövlükdə Azərbaycana qarşı yönəlir. Əgər Azərbaycanın reallığı təhrif edilirsə, bu, təkcə hökumətin qüruruna toxunan bir hadisəyə çevrilmir. Bu, eyni zamanda, öz dövləti, ölkəsi və hökuməti ilə qürur duyan hər bir azərbaycanlının qüruruna, milli hissiyyatına toxunmuş olur. Məhz bütün bunlara görə də bir tərəfdən, müxalifətin səmərəli təklifi olmadığına görə, digər tərəfdən isə, bu cür qeyri-demokratik, antimilli hərəkətlərinə görə vətəndaşların onlara inamı azalır.Müxalifət bütün bunlardan düzgün nəticə çıxarmalı, öz hərəkətlərinə və davranışlarına tənqidi yanaşmalıdır. Niyə Azərbaycan cəmiyyəti və ölkə vətəndaşları onlara bu qədər etinasızlıqla yanaşır? Amma həmin qüvvələr özlərinə tənqidi münasibət bəsləmək və düzgün nəticələr çıxarmaq əvəzinə daha radikal addımlar atırlar. Və radikal addımlar üçün onlara təklif olunan əsas və yeganə məkan bir sıra xarici ölkələrin mətbuat səhifələri olur. Bununla da radikal müxalifət anti-Azərbaycançı qərəzli xarici dairələrin ölkəmizə qarşı həyata keçirdiyi qarayaxma kampaniyasında ucuz vasitəyə çevrilmiş olurlar. Beləliklə, onlar Azərbaycanda ictimai-siyasi situasiyaya az da olsa, təsir etmək gücündə olmadıqlarını özləri də dərk edirlər, amma düzgün addım atmaq, doğru yol seçmək əvəzinə tamamilə daha böyük günahlara gətirib çıxaran addımlar atmış olurlar”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tanınmış tarzən vəfat etdi
10:06 14.06.2025
Tanınmış tarzən vəfat etdi
"Qalatasaray"ın ulduzu daha bir klubun hədəfində
10:04 14.06.2025
"Qalatasaray"ın ulduzu daha bir klubun hədəfində
İran HHQ Türkiyə ilə sərhəddə İsrail PUA-larını zərərsizləşdirib
09:59 14.06.2025
İran HHQ Türkiyə ilə sərhəddə İsrail PUA-larını zərərsizləşdirib
Yol polisindən “Son zəng”lə bağlı XƏBƏRDARLIQ
09:57 14.06.2025
Yol polisindən “Son zəng”lə bağlı XƏBƏRDARLIQ
İsrail müdafiə naziri: İranda strateji hədəflərə zərbələr davam edir
09:47 14.06.2025
İsrail müdafiə naziri: İranda strateji hədəflərə zərbələr davam edir
Həkim sevgilisini videoları ilə şantaj edənə hökm oxundu - Deputatlığa namizəd olubmuş
09:46 14.06.2025
Həkim sevgilisini videoları ilə şantaj edənə hökm oxundu - Deputatlığa namizəd olubmuş
İranın İsrailə endirdiyi raket zərbələri nəticəsində ölənlərin sayı 4-ə, yaralıların sayı 70-ə çatıb
09:41 14.06.2025
İranın İsrailə endirdiyi raket zərbələri nəticəsində ölənlərin sayı 4-ə, yaralıların sayı 70-ə çatıb
Bu gün Azərbaycan məktəblərində 113 minə yaxın məzun üçün “Son zəng” çalınacaq
09:38 14.06.2025
Bu gün Azərbaycan məktəblərində 113 minə yaxın məzun üçün “Son zəng” çalınacaq
İran İsrailə doğru 100-dən az raket atıb, onların əksəriyyəti vurulub
02:47 14.06.2025
İran İsrailə doğru 100-dən az raket atıb, onların əksəriyyəti vurulub
İran hücumu nəticəsində İsraildə azı 35 nəfər yaralanıb
01:36 14.06.2025
İran hücumu nəticəsində İsraildə azı 35 nəfər yaralanıb
Xarici vətəndaşların öz ölkələrinə qayıtması üçün Astara məntəqəsindən keçmələrinə şərait yaradılıb - FOTOLAR
00:37 14.06.2025
Xarici vətəndaşların öz ölkələrinə qayıtması üçün Astara məntəqəsindən keçmələrinə şərait yaradılıb - FOTOLAR
İranda nüvə obyektlərində radioloji və kimyəvi çirklənmə aşkar edilib
23:54 13.06.2025
İranda nüvə obyektlərində radioloji və kimyəvi çirklənmə aşkar edilib
İsrailin müdafiə naziri İranın qırmızı xətləri keçdiyini bildirib
23:44 13.06.2025
İsrailin müdafiə naziri İranın qırmızı xətləri keçdiyini bildirib
“Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı başlayır
23:33 13.06.2025
“Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı başlayır
İran ordusuna yeni baş komandan təyin edildi
23:29 13.06.2025
İran ordusuna yeni baş komandan təyin edildi
KİV: İsrailin qadın pilotu İranda əsir götürülüb
23:24 13.06.2025
KİV: İsrailin qadın pilotu İranda əsir götürülüb