Əli ətçəkən maşında qalan uşaqdan xəbər var - VİDEO
Bütün Xəbərlər
10:02 20.06.2014
808
Əli ətçəkən maşında qalan balaca Zəhra 2 barmağını itirsə də, əməliyyat uğurlu keçib. ANS TV-nin məlumatına görə, 4 gün əvvəl əli ətçəkən maşında qalan balaca Zəhra bu gün əməliyyat olunub. Əməliyyat zamanı həkimlər 2-ci barmağı yarıya kimi, 3-cü və 4-cü barmağı isə tamamilə götürüblər. Həkim Bayram Qorçuyev bildirdi ki, əməliyyatın aparılması üçün Rusiyadan da həkim dəvət olunub. Birgə aparılan əməliyyatın uğurlu keçməsinə baxmayaraq xəstənin vəziyyəti orta-ağır qiymətləndirilir.Yəqin ki, novbəti əməliyyatlardan sonra azyaşlı əvvəlki həyatına qayıtmış olar. Zəhranın babası Teymur Müseyibov isə növbəti əməliyyatların ölkə xaricində aparılmasının zəruri olduğunu dedi. Azyaşlının ayaq barmaqlarından kəsilərək əlinə birləşdirilməsi nəzərdə tutulur. Ancaq bunu üçün nə az, nə çox 30 min manata yaxın pul tələb olunur. Maddi vəziyyəti yaxşı olmayan ailə isə çarəsiz vəziyyətdə qalıb.Xatırladaq ki, hadisə Tərtər rayonunda baş vermişdi. Zəhranın nənəsi ət çəkən zaman ani diqqətsizlik bədbəxt qəzaya səbəb olmuşdu. Hazırda isə Zəhranın sonrakı taleyi aparılacaq növbəti əməliyyatlardan asılıdır.