Əli Həsənov: 20 ildən artıqdır davam edən danışıqlar hələ də heç bir nəticə verməyib

Əli Həsənov: 20 ildən artıqdır davam edən danışıqlar hələ də heç bir nəticə verməyib
SİYASƏT
14:16 04.04.2015
2001

“Əsas səbəb dünya siyasətindəki ədalətsizlikdir”.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Türkiyə Qəzetçilər Federasiyasının təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan tanınmış media nümayəndələri ilə görüşüb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, Ə. Həsənov nümayəndə heyətinə Dağlıq Qarabağ münaqişəsi, bu problemin səbəb və nəticələri, ölkəmizdəki qaçqın və məcburi köçkünlərin vəziyyəti haqqında məlumat verib, Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq əlaqələrindən danışıb.Ə. Həsənov qeyd edib ki, tarixi köklərə malik Azərbaycan-Türkiyə münasibətləri bu gün ən yüksək səviyyədədir, Azərbaycan-Türkiyə birliyi tarixi birlikdir və bu birlik əsrlər boyu davam edəcək. Dövlət Komitəsinin sədri bildirib ki, diasporlar da ölkələrimizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində birgə tədbirlər keçirir: “Türkiyə Dağlıq Qarabağ münaqişənin ağır nəticələrinin aradan qaldırılmasında hər zaman Azərbaycanın yanında olub, ölkəmizin haqq işini dəstəkləyib. Bu gün bütün türk və müsəlman dünyası erməni təcavüzkarlarına qarşı birgə mübarizə aparmalıdır. Son 200 ildə Cənubi Qafqaz regionunda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar bir neçə dəfə öz əzəli yurdlarından zorla köçürülməyə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalıblar. XIX əsrin əvvəllərindən başlayaraq Qafqazı işğal edən çar Rusiyasının sistemli siyasəti nəticəsində qonşu ölkələrin ərazisindən ermənilərin kütləvi şəkildə Azərbaycana, o cümlədən Dağlıq Qarabağ ərazisinə köçürülməsi həyata keçirilib”.Ə. Həsənov nəzərə çatdırıb ki, BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı 4 qətnamə qəbul edib. Onun sözlərinə görə, Ermənistanın təcavüzkar siyasəti ATƏT, AŞPA, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrdə də pislənilib: “Təəssüf ki, bu sənədlər hələ də kağız üzərində qalır. Beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymayan Ermənistan işğal edilmiş Azərbaycan ərazilərində qanunsuz fəaliyyətini davam etdirməkdədir. ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə 20 ildən artıqdır davam edən danışıqlar prosesi hələ də heç bir nəticə verməyib. Beynəlxalq aləmdə baş verən bütün problemlərin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsinin əsas səbəbi dünya siyasətindəki ədalətsizlikdir. Azərbaycan dövləti qaçqın və məcburi köçkünlər üçün indiyədək 90 qəsəbə salıb, həmin qəsəbələrə 240 min qaçqın və məcburi köçkün köçürülüb. Biz qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində təmiz, şəffaf, korrupsiyasız işləməklə nümunə göstərə bildik”.Nümayəndə heyəti adından çıxış edən Türkiyə Qəzetçilər Federasiyasının təmsilçisi Yılmaz Karaca isə belə görüşlərin sayının artırılmasının önəmini qeyd edib, bunun bir-birimiz haqqında daha çox informasiya toplamağımıza və yaymağımıza imkan yaratdığını vurğulayıb. O, Ermənistanın Azərbaycana hərbi təcavüzü haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün birgə fəaliyyətin önəmli olduğunu söyləyib.Görüşdə Türkiyə nümayəndə heyətinə “Qaçqın və məcburi köçkünlərə Prezident qayğısı” kitabı və disk təqdim edilib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Həftəsonunun havası ilə bağlı - Xəbərdarlıq
15:19 19.06.2026
Həftəsonunun havası ilə bağlı - Xəbərdarlıq
Prezidentdən məktəbəqədər təhsillə bağlı FƏRMAN
15:10 19.06.2026
Prezidentdən məktəbəqədər təhsillə bağlı FƏRMAN
Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar - Siyahı
15:03 19.06.2026
Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar - Siyahı
TuranBank-ın İH Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
14:59 19.06.2026
TuranBank-ın İH Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Lerikdə "Uşaqlar üçün Konstitusiya" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirildi - FOTO
14:44 19.06.2026
Lerikdə "Uşaqlar üçün Konstitusiya" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirildi - FOTO
Lissabonda səfirliyimiz təsis ediləcək - Sərəncam
14:33 19.06.2026
Lissabonda səfirliyimiz təsis ediləcək - Sərəncam
Zaur Mikayılov Zaqatala rayonunda vətəndaşlarla görüşdü
14:21 19.06.2026
Zaur Mikayılov Zaqatala rayonunda vətəndaşlarla görüşdü
Qurbanov Yankoviçlə bağlı qərarını verdi
14:19 19.06.2026
Qurbanov Yankoviçlə bağlı qərarını verdi
"Park Yasamal"da hər ehtiyaca uyğun mənzillər: hazır və tikintisi davam edən binalarda satışlar davam edir!
14:15 19.06.2026
"Park Yasamal"da hər ehtiyaca uyğun mənzillər: hazır və tikintisi davam edən binalarda satışlar davam edir!
Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar
14:09 19.06.2026
Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar
"Taksilərə 2-3 dəqiqəlik şərait yaradılsın" - Deputatdan təklif
13:53 19.06.2026
"Taksilərə 2-3 dəqiqəlik şərait yaradılsın" - Deputatdan təklif
"AzParking"də texniki problem yarananda sürücülər nə etməlidir?
13:38 19.06.2026
"AzParking"də texniki problem yarananda sürücülər nə etməlidir?
Azərbaycan banklar vətəndaşlara faizsiz pul verə bilər - AÇIQLAMA
13:37 19.06.2026
Azərbaycan banklar vətəndaşlara faizsiz pul verə bilər - AÇIQLAMA
Astroloqlardan xoş xəbər: Bu bürclər həftəsonu daha çox qazanacaq
13:34 19.06.2026
Astroloqlardan xoş xəbər: Bu bürclər həftəsonu daha çox qazanacaq
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
13:28 19.06.2026
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
Mütəxəssislərdən xəbərdarlıq: Kaliforniyada dağıdıcı zəlzələnin əlamətləri görünür
13:20 19.06.2026
Mütəxəssislərdən xəbərdarlıq: Kaliforniyada dağıdıcı zəlzələnin əlamətləri görünür