Əli Həsənov 7 il öncə FETÖ-çulara etiraz edib - FOTOFAKT

Əli Həsənov 7 il öncə FETÖ-çulara etiraz edib - FOTOFAKT
SOSİAL
13:55 25.08.2016
3547

Son günlər Azərbaycan mətbuatında bir çox təşkilatların, dövlət məmurlarının, bir qrup medianın və deputatların FETÖ ilə əlaqələri haqda informasiyalar dərc olunur.

Bu əlaqələrə dair materiallar bir çox hallarda arxivlərdən çıxarılaraq dərc edilir və faktlar ortalığa qoyularaq konkret şəxslər F. Gülənlə əlaqədə ittiham olunur.

AZXEBER.COM xəbər verir ki, vaxtilə bu cərəyana onun tərədarlarına qarşı çıxanlar da olub. Və həmin şəxslərin keçirdiyi tədbirlədə açıq şəkildə F. Gülənin təbliğinə qarşı etirazlarını bildiriblər. Onlardan biri də Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov olub. Ə. Həsənov 30 aprel 2009-cu ildə "Gülüstan" sarayında Fətullah Gülən şəbəkəsinin əsas təşkilatlarından biri olan Dialoq Avrasiya Platforması (DAP) və eyni təyinatlı "Dialoq Avrasiya" jurnalının Azərbaycanda 10-cu ildönümü münasibətilə "İslam mədəniyyəti və müasir dünyada dialoq" mövzusunda keçirdiyi tədbirdə təşkilatçıları və fətullahçı şəbəkəni ciddi tənqid edib.

Sözügedən tədbirdə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sabiq sədri Hidayət Orucovun, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, DAP-ın Azərbaycandakı təsisçisi və fəxri prezidenti, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, DAP-ın Azərbaycan Milli Komitəsinin sədri, millət vəkili Nizami Cəfərov, türkiyəli tarixçi, Topqapı muzey kompleksinin direktoru İlber Ortaylı Rusiya Şərqşünaslıq İnstitutunun direktoru, professor Rostislav Ribakov, DAP-ın Qazaxıstan rəhbəri, Qazax Yazıçılar Birliyinin sədri professor Nurlan Orazalin, DAP-ın Azərbaycan nümayəndəliyinin katibi Mustafa Saatçı və başqaları iştirak ediblər.

Tədbirdə çıxış edən Əli Həsənov təşkilatçılara narazılığını ifadə edərək bildirib ki, “Dialoq Avrasiya" jurnalının və eyniadlı platformanın fəaliyyətində açıq-aşkar birtərəfli təbliğat hiss olunur, ayrı-ayrı xalqların dəyərləri, mədəniyyəti, tanınmış adamları, Avrasiya bölgəsində yayımlanmağa layiq olan insanlar, liderlər son zamanlar jurnalın səhifələrində getdikcə daha az-az görünür.

Ə. Həsənov Dialoq Avrasiya Platformasının yalnız F. Gülənin təbliğatı ilə məşğul olmasına qarşı çıxaraq qeyd edib ki, “Dialoq başqa insanları sənin kimi yaşamağa, düşünməyə təhrik etmək demək deyil. Onun məqsədi dövlətlərdə, cəmiyyətlərdə ortaq hərəkət oxunu müəyyən etməkdən ibarətdir. Dialoq, tolerantlıq, Qurandan, Bibliyadan çox danışmaq da deyil. Cəmiyyətdə tolerantlıq bütün mədəniyyətlərə, dinlərə, davranış normalarına hörmətlə yanaşmaqdan, bunu reallığa çevirməkdən ibarətdir və bunları bir nəfərin adına bağlamaq düzgün deyil”.

Ə. Həsənov tədbirin təşkilatçılarına ciddi iradlarını bildirərək qeyd edib ki,Heydər Əliyevin portretinin yanına F. Gülənin yox, Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün portreti asılmalıdır. Eyni zamanda tədbirin açılış filmində Atatürkün adının çəkilməməsi də Ə. Həsənovun növbəti iradına səbəb olub.

Xatırladaq ki, iştirakçılara Dialoq Avrasiya Platforması Azərbaycan Milli Komitəsinin sədri professor Nizami Cəfərovun adından təqdim olunan dəvətnamələrdə mərasimin mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunduğu bildirilirdi.

AZXEBER.COM son olaraq 7 il öncə "Şərq" qəzetinin rəsmi saytında və Azertac agentliyində yayımlanan həmin xəbəri və Prezidentin köməkçisi Əli Həsənovun yuxarıda sadalanan etirazını özündə əks etdirən xəbərin "print skrin" versiyasını oxuculara təqdim edir:

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gənclər üçün biznes təlimləri təşkil olundu - Foto
12:07 08.06.2026
Gənclər üçün biznes təlimləri təşkil olundu - Foto
İran İnqilab Keşikçiləri: Hayfadakı sənaye obyektlərini hədəf aldıq
12:04 08.06.2026
İran İnqilab Keşikçiləri: Hayfadakı sənaye obyektlərini hədəf aldıq
Sosial mediada yeni dövr: 16–18 yaş qrupu üçün qaydalar müəyyən olunur
11:55 08.06.2026
Sosial mediada yeni dövr: 16–18 yaş qrupu üçün qaydalar müəyyən olunur
İran XİN: İsrailin hücumlarına görə ABŞ məsuliyyət daşıyır
11:53 08.06.2026
İran XİN: İsrailin hücumlarına görə ABŞ məsuliyyət daşıyır
Azərbaycanda 50 min manatadək yeni cərimələr müəyyənləşir
11:44 08.06.2026
Azərbaycanda 50 min manatadək yeni cərimələr müəyyənləşir
Həyat yoldaşını ən yaxın dostu hesab edənlər daha xoşbəxtdir - ARAŞDIRMA
11:28 08.06.2026
Həyat yoldaşını ən yaxın dostu hesab edənlər daha xoşbəxtdir - ARAŞDIRMA
Bakıda üç yaşlı körpə 8-ci mərtəbədən yıxıldı
11:28 08.06.2026
Bakıda üç yaşlı körpə 8-ci mərtəbədən yıxıldı
Məşhur rusiyalı repçi yəhudiliyi qəbul etdi, adını dəyişdi
11:20 08.06.2026
Məşhur rusiyalı repçi yəhudiliyi qəbul etdi, adını dəyişdi
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, üç gün davam edəcək...
11:19 08.06.2026
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, üç gün davam edəcək...
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
11:14 08.06.2026
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
İsrail–İran gərginliyi: üç hava limanında bütün reyslər ləğv olundu
11:11 08.06.2026
İsrail–İran gərginliyi: üç hava limanında bütün reyslər ləğv olundu
“Paşinyanın qələbəsi Rusiyanın təsirinin zəiflədiyini göstərir” - Ekspert
11:07 08.06.2026
“Paşinyanın qələbəsi Rusiyanın təsirinin zəiflədiyini göstərir” - Ekspert
Paşinyan: Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh müqaviləsini imzalamaq niyyətindədir
10:57 08.06.2026
Paşinyan: Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh müqaviləsini imzalamaq niyyətindədir
Bank Respublika “Ağır ol, qazan!” lombard kredit kampaniyasına start verdi
10:45 08.06.2026
Bank Respublika “Ağır ol, qazan!” lombard kredit kampaniyasına start verdi
Yeni həftədə bürcləri nələr gözləyir? – Həftəlik astroloji proqnoz
10:25 08.06.2026
Yeni həftədə bürcləri nələr gözləyir? – Həftəlik astroloji proqnoz
“Kontakt” Qarabağa addım atır: Xankəndidə ilk mağaza açılır
10:24 08.06.2026
“Kontakt” Qarabağa addım atır: Xankəndidə ilk mağaza açılır