Əli Həsənov: 'Azərbaycan xalqı prezident İlham Əliyevin siyasətini dəstəkləyir'
Bütün Xəbərlər
08:57 28.12.2012
802
“Prezident seçkiləri ölkənin gələcək taleyini müəyyən edən mühüm ictimai-siyasi aksiyadır və buna görə də həmişə cəmiyyəti qayğılandıran ən əhəmiyyətli məsələlər sırasına daxildir”.AZXEBER.COM-un məlumatına görə, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov AzərTAc dövlət agentliyinə müsahibəsində deyib. Onun sözlərinə görə, Azərbaycanda seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi, xalqın öz iradəsini tam sərbəst şəkildə ifadə etməsi üçün zəruri şərait təmin edilib: “2013-cü il prezident seçkiləri də bu mənada istisna olmayacaq. Şübhəsiz, insanlar seçimlərini edərkən bu günün reallıqlarını rəhbər tutur və qarşıdan gələn dövrdə ölkənin inkişafını təmin edə biləcək liderə səs verirlər. Bu günün reallığı ondan ibarətdir ki, Azərbaycan xalqı prezident İlham Əliyevin milli maraqlara hesablanmış, ölkənin hərtərəfli inkişafını təmin edən, onun beynəlxalq nüfuzunu yüksəldən daxili və xarici siyasətini birmənalı şəkildə dəstəkləyir”.