Əli Həsənov: "Belə qəzetin işığını da söndürərlər, hələ o yana da keçərlər”.

Əli Həsənov: "Belə qəzetin işığını da söndürərlər, hələ o yana da keçərlər”.
MEDİA
14:25 26.12.2011
2781
“Kostyumda, qalstukda ova gedirlər? Sadəcə, adam bu qəzetə deməyə söz tapmır. Ayıbdır!”
“Gündə yüz adam tədbir, məclis keçirir. Kiminsə tədbirinin necə keçməsinin hakimiyyətə nə aidiyyəti var?”. AZXEBER.COM  xəbər verir ki, bunu Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov “Media forum” saytının “Azadlıq” qəzetinin ad günü məclisinin yarımçıq qalması ilə bağlı sualına cavab verərkən belə deyib.Prezident Administrasiyasının şöbə müdiri hesab edir ki, “Azadlıq” qəzetinin yazdıqlarının əksəriyyəti, o cümlədən dekabrın 25-də qəzetin ad günü ilə bağlı keçirilən tədbirin yarımçıq qalmasının səbəbləri haqda yazdıqlarının hamısı böhtandır, yalandır: “Cənab prezident İlham Əliyev dekabrın 24-də cəbhə bölgəsinə səfər edib, məcburi köçkünlər üçün salınan qəsəbənin açılışını edib. “Azadlıq” qəzetinin bu səfərlə bağlı yazdığı məlumata baxın. Yazıblar ki, prezident göl qırağına ova gedib. Kostyumda, qalstukda ova gedirlər? Sadəcə, adam bu qəzetə deməyə söz tapmır. Ayıbdır!Həmin gün cənab prezident cəbhə bölgəsinə səfər edib, orada açılışlar edib, tədbirlər keçirib. Səfərin hər dəqiqəsi televiziyalarda göstərilib. Prezidentin bir dəqiqə də olsun boş vaxtı yox idi. “Azadlıq” qəzeti isə yazır ki, prezident ova gedib. Ola bilsin ki, prezidentin orada göl qırağına ova getməsi “Azadlıq” qəzetinin arzusuymuş və bundan istifadə etmək istəyirmişlər. Öz arzularını məlumat kimi yazıblar. Belə qəzetin işığını da söndürərlər, hələ o yana da keçərlər”.Əli Həsənov bildirib ki, “Azadlıq” qəzetinin belə böhtan və yalanlar yazmasına baxmayaraq dekabrın 25-də qəzetin keçirdiyi tədbirin yarımçıq qalmasında hakimiyyətin heç bir iştirakı və rolu olmayıb: “Bu qəzetin yazdıqlarının hamısına şübhə ilə baxıram. Bu qəzetin yazdıqlarının əksəriyyəti, xüsusən də prezidentlə bağlı yazdıqlarının hamısı səhv, yalan və böhtandır”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran XİN başçısı İƏT-in fövqəladə toplantısının keçirilməsini istəyib
18:35 07.08.2025
İran XİN başçısı İƏT-in fövqəladə toplantısının keçirilməsini istəyib
Xamənei yeni yaradılan quruma nümayəndələrini təyin edib
18:20 07.08.2025
Xamənei yeni yaradılan quruma nümayəndələrini təyin edib
Zelenski: Rusiyanın logistikası və neft emalı Ukraynanın cavab zərbələrinin hədəfidir
18:09 07.08.2025
Zelenski: Rusiyanın logistikası və neft emalı Ukraynanın cavab zərbələrinin hədəfidir
Ukraynada Rusiyanın hücumuna məruz qalmış qaz kəməri fəaliyyətini davam etdirir
17:53 07.08.2025
Ukraynada Rusiyanın hücumuna məruz qalmış qaz kəməri fəaliyyətini davam etdirir
Erməni spiker şərəf və ləyaqətinin təhqir olunmasına görə kompensasiya tələb edir
17:44 07.08.2025
Erməni spiker şərəf və ləyaqətinin təhqir olunmasına görə kompensasiya tələb edir
"ABŞ-də keçiriləcək görüş tarixi bir görüşə çevriləcək" - Deputat
17:36 07.08.2025
"ABŞ-də keçiriləcək görüş tarixi bir görüşə çevriləcək" - Deputat
AAYDA-nın vəzifəli şəxsi içkili halda saxlanıldı
17:06 07.08.2025
AAYDA-nın vəzifəli şəxsi içkili halda saxlanıldı
Prezident İlham Əliyevin Vaşinqton Səfəri: Yeni Strateji Tərəfdaşlığın Əsasları
16:59 07.08.2025
Prezident İlham Əliyevin Vaşinqton Səfəri: Yeni Strateji Tərəfdaşlığın Əsasları
Tramp Yaxın Şərq ölkələrini “İbrahim sazişləri”nə qoşulmağa çağırıb
16:46 07.08.2025
Tramp Yaxın Şərq ölkələrini “İbrahim sazişləri”nə qoşulmağa çağırıb
Putin: BƏƏ Trampla görüş üçün münasib yerlərdən biridir
16:31 07.08.2025
Putin: BƏƏ Trampla görüş üçün münasib yerlərdən biridir
Sabahdan isti hava dalğası zəifləyəcək
16:09 07.08.2025
Sabahdan isti hava dalğası zəifləyəcək
ABŞ-də İlham Əliyevi müşayiət edən kortej - VİDEO
15:41 07.08.2025
ABŞ-də İlham Əliyevi müşayiət edən kortej - VİDEO
Demet Akalının rəqqasəsi onu məhkəməyə verdi
15:39 07.08.2025
Demet Akalının rəqqasəsi onu məhkəməyə verdi
Dünyanın aparıcı universitetlərində təhsil alacaq gəncdən 60-ı ADNSU-nun məzunudur
15:36 07.08.2025
Dünyanın aparıcı universitetlərində təhsil alacaq gəncdən 60-ı ADNSU-nun məzunudur
Əfqanıstanda güclü yağışlar can alır - 2 uşaq öldü
15:29 07.08.2025
Əfqanıstanda güclü yağışlar can alır - 2 uşaq öldü
"Xaç atası"nın rejissoru xəstəxanaya yerləşdirildi
15:21 07.08.2025
"Xaç atası"nın rejissoru xəstəxanaya yerləşdirildi