Əli Həsənov: “Erməni xalqı millətçi ekstremizmin girovuna çevrilib”

Əli Həsənov: “Erməni xalqı millətçi ekstremizmin girovuna çevrilib”
Bütün Xəbərlər
13:03 29.09.2011
1516
Sentyabrın 29-da Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və Moskva Dövlət Linqvistik Universitetinin birgə təşkilatçılığı ilə “Qafqazda ekstremizm ideologiyasının yayılmasının qarşısının alınması” mövzusunda elmi-praktik konfrans keçirilib.Tədbirdə çıxış edən QMİ sədri Hacı Allahşükür Paşazadə bildirib ki, bu tədbirin Azərbaycanın müstəqilliyinin 20 illiyinə təsadüf etməsi xoş bir haldır.O, qeyd edib ki, Heydər Əliyev Azərbaycanda dövlət-din münasibətlərinin inkişafına böyük miras qoyub, hazırda bu xətti prezident İlham Əliyev davam etdirir. Bu xəttin əsasında dövlət-din münasibətlərinin inkişafı və tolerantlıq durur. A.Paşazadənin sözlərinə görə, Qafqazda tolerantlıq, xalqlar arasında münasibətlər böyük əhəmiyyət kəsb edir: “Bu gün Azərbaycanda və Şimali Qafqazda çoxlu sayda iş yerinin açılması çox müsbət haldır. Ekstremizm, terrorçu qruplara qarşı dövlətlərin və dini birliklərin birgə fəaliyyəti çox yaxşı nəticə verə bilər. Bu yolla ekstremistlərin və dini terrorçu qrupların qarşısını almaq mümkündür”.QMİ sədrinin fikrincə, Qarabağ probleminin ərazi bütövlüyü və qarşılıqlı anlaşma çərçivəsində həlli mümkündür. A.Paşazadə bildirib ki, QMİ Azərbaycan dövlətinin sülhsevər siyasətinin daşıyıcılarından birinə çevrilib. Onun sözlərinə görə, terror ən bağışlanmaz cinayətdir: “Keçmiş sovet dövlətinin insanlara qarşı mənəvi-psixoloji təzyiqləri sonda terrora gətirib çıxarıb. Milliyyətçi ekstremizm bu gün də yeganə problem deyil. Müəyyən qüvvələr Qafqazda dini siyasi sistemlə gəlməyə çalışırlar. Azərbaycan beynəlxalq terrorizm və ekstremizmlə mübarizəyə həmişə dəstək verib. Əminəm ki, Qafqaz regionunda əmin-amanlıq bərpa olunmasa, ekstremizmə qalib gələ bilməyəcəyik”.Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov isə çıxışında bildirib ki, hazırda Şimali və Cənubi Qafqazda baş verən münaqişə və proseslər ümumən Xəzər regionu və Qara dəniz bölgəsinin mənzərəsinə təsir edir. Cənubi Qafqazda bəzi etnik tarixən mövcud olub. Hər bir dövlətin siyasi müvazinəti xalqlar arasında dini tolerantlıq münasibətlərindən, mehribançılıqdan asılıdır. Ə.Həsənov deyib ki, xalqlar, mədəniyyətlər arasında münaqişə mövcud olan zaman dövlətin siyasi müvazinəti, immuniteti də zəifləyir: “Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda yaşayan xalqlar, mövcud olan dinlər arasında tolerantlıq münasibətləri inkişaf edib. Azərbaycan çoxlu xalqın yaşadığı bir dövlətdir. Heç bir din, etnik qrup dünyaya gəlmir. Sadəcə, bu, sonradan yönləndirilir. Heç bir dini ekstremizm xalqlara xoşbəxtlik gətirməyib. Bu gün erməni xalqı da millətçi ekstremizmin girovuna çevrilib. Ermənistan regional layihələrdən, bölgənin inkişafından kənarda qalıb”. /// lent.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Barselona" futbolçusu ilə müqavilə müddətini uzadıb
01:10 14.03.2025
"Barselona" futbolçusu ilə müqavilə müddətini uzadıb
Makron Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə razılaşmanı alqışlayır
00:26 14.03.2025
Makron Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə razılaşmanı alqışlayır
Ceyhun Bayramov BMT nümayəndəsi ilə mina təhlükəsi ilə mübarizəni müzakirə edib
23:52 13.03.2025
Ceyhun Bayramov BMT nümayəndəsi ilə mina təhlükəsi ilə mübarizəni müzakirə edib
Ağstafada dönərdən zəhərlənənlərin  sayı 10-a yüksəldi
23:43 13.03.2025
Ağstafada dönərdən zəhərlənənlərin sayı 10-a yüksəldi
Goranboyda 9 sinif şagirdinin qaçırıldığı iddia olunur
23:26 13.03.2025
Goranboyda 9 sinif şagirdinin qaçırıldığı iddia olunur
Dünənki qəzada həlak olan TƏBİB əməkdaşı iki gün əvvəl işə başlayıbmış - TƏFƏRRÜAT
23:16 13.03.2025
Dünənki qəzada həlak olan TƏBİB əməkdaşı iki gün əvvəl işə başlayıbmış - TƏFƏRRÜAT
Azərbaycan-Yunanıstan ikitərəfli və çoxtərəfli münasibətləri müzakirə olunub-FOTOLAR
23:13 13.03.2025
Azərbaycan-Yunanıstan ikitərəfli və çoxtərəfli münasibətləri müzakirə olunub-FOTOLAR
Ceyhun Bayramov Çinin Avropa məsələləri üzrə sabiq nümayəndəsi ilə regional məsələləri müzakirə edib
23:07 13.03.2025
Ceyhun Bayramov Çinin Avropa məsələləri üzrə sabiq nümayəndəsi ilə regional məsələləri müzakirə edib
"Barselona" futbolçusu ilə müqavilə müddətini uzadıb
22:56 13.03.2025
"Barselona" futbolçusu ilə müqavilə müddətini uzadıb
İsveç Ukraynaya 18 ədəd “Archer” artilleriya qurğusu göndərəcək
22:43 13.03.2025
İsveç Ukraynaya 18 ədəd “Archer” artilleriya qurğusu göndərəcək
Azərbaycan yunan-Roma güləşçiləri Avropa çempionatında 1 gümüş, 2 bürünc medal qazanıblar
22:27 13.03.2025
Azərbaycan yunan-Roma güləşçiləri Avropa çempionatında 1 gümüş, 2 bürünc medal qazanıblar
SOCAR Gürcüstandakı Kulevi neft terminalını genişləndirməyi planlaşdırır
22:22 13.03.2025
SOCAR Gürcüstandakı Kulevi neft terminalını genişləndirməyi planlaşdırır
Ağstafada dönərdən zəhərlənən şəxslərin kimliyi məlum olub
22:14 13.03.2025
Ağstafada dönərdən zəhərlənən şəxslərin kimliyi məlum olub
Avstriya XİN Bakı və İravanın sülh sazişi mətninin razılaşdırılmasını alqışlayır
22:06 13.03.2025
Avstriya XİN Bakı və İravanın sülh sazişi mətninin razılaşdırılmasını alqışlayır
"Real"ın futbolçusu 1 aya yaxın yaşıl meydanlardan kənar qalacaq
21:56 13.03.2025
"Real"ın futbolçusu 1 aya yaxın yaşıl meydanlardan kənar qalacaq
ABŞ Maliyyə Nazirliyi zərurət halında Rusiyaya qarşı sanksiyaları gücləndirməyə hazırdır
21:45 13.03.2025
ABŞ Maliyyə Nazirliyi zərurət halında Rusiyaya qarşı sanksiyaları gücləndirməyə hazırdır