Əli Həsənovun 55 illik yubileyindən– FOTOLAR

Əli Həsənovun 55 illik yubileyindən– FOTOLAR
Bütün Xəbərlər
13:00 06.04.2015
3558

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov təxminən bir ay öncə - martın 10-da 55 illlik yubileyini qeyd etdi.

Modern.azsaytının məlumatına görə, Əli Həsənovun Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsi onun 55 illik yubiley tədbirindən fotolar yayıb.Fotosessiyadan məlum olur ki, tədbirdə millət vəkilləri, tanınmış ictimai-siyasi simalar iştirak ediblər.Qeyd edək ki, Əli Həsənov 1994-95-ci illərdəYeni Azərbaycan Partiyasının ideologiya şöbəsinin müdiri olub. 1995-ci ilin sentyabrında Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinə müdir müavini təyin olunub.1996-cı ildən isə bu şöbəyə rəhbərlik edib.2005-ci ildən şöbə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi adlanır.Əli Həsənov 1-ci dərəcəli dövlət müşaviridir. Azərbaycan Respublikası Prezidentinin 9 mart 2010-cu il tarixli sərəncamı ilə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.Azərbaycan Prezidenti İlham Əliyevin23 fevral 2015-ci il tarixli sərəncamı iləƏliHəsənov Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi təyin edilib.AZXEBER.COM saytı PA rəsmisinin yubiley tədbirindən çəkilmiş həmin fotoları təqdim edir.

OXŞAR XƏBƏRLƏR