2005-ci ildə azadlıqdan məhrum edilən sabiq səhiyyə naziri Əli İnsanov əfv olunmaq üçün prezident İlham Əliyevə müraciət edib. Bu barədə sabiq nazirə yaxın mənbədən aldığımız məlumatda bildirilir. Həmin məlumata görə, Əli İnsanov yerli və beynəlxalq ictimaiyyətin dəstəyi ilə azadlığa buraxılacağı ilə bağlı inamını itirdiyindən bu addımı atıb. Prezidentə ünvanlanan müraciətin tam detalları bəlli olmasa da, Əli İnsanovun artıq bağışlanmaq istəyinin orada əks olunduğu güman edilir.