“Onlar daim bir-birini didiblər, didəcəklər də”.
Bunu AZXEBER.COM-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə söyləyib.
“Belə bir atalar sözü var: “Adımı sənə qoyaram, səni yana-yana qoyaram”. Bunlar 1992-ci ildə dövlət çevrilişi ilə hakimiyyətə gələn adamlardır. O vaxtdan bəri birləşə bilmirlər. 1993-cü ildə Azərbaycan xalqını qardaş qırğını, vətəndaş müharibəsi qarşısında qoyan bir şəxsin vətənə, millətə xəyanətini bağışlamaq olmaz. Həmişə belə olur, oğru deyir ki, oğrunu tutun. Onlar daim bir-birini didiblər, didəcəklər də. Əli Kərimli istəyir ki, yenidən hakimiyyətə gəlib insanları talasın. Bir arzuları var ki, qayıtsınlar hakimiyyətə. Düşünürlər ki, qayıdarıq hakimiyyətə, yenə ölkəni talayarıq, alçaldarıq”.
Qeyd edək ki, Əli Kərimli müxalifətə prezident seçkilərinə vahid namizədlə getməklə bağlı çağırış edib.
Əfsələddin Ağalarov