Əli Mirəliyev: "Müğənnilərin heç nəyi yoxdur, hamısı dilənçidirlər"

Əli Mirəliyev: "Müğənnilərin heç nəyi yoxdur, hamısı dilənçidirlər"
MAQAZİN
16:02 26.10.2022
462
Ötən günlərdə Xalq artisti Könül Xasıyeva sosial şəbəkə hesabında Azərbaycan xalqına səslənərək əməliyyatı üçün maddi yardıma ehtiyacının olduğunu bildirib.

Daha sonra sənətçi həmkarlarına da yeni müraciət ünvanlayaraq, onlardan yardım istəyib.

K.Xasıyevanın bu addımı birmənalı qarşılanmayıb, bəziləri onu qınaq atəşinə tutub.

AZXEBER.COM xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan müğənni Əli Mirəliyev həmkarına təriflər yağdırıb:

"Əvvəla, hər kəs bilməlidir ki, Könül Xasıyeva çox gözəl müğənnidir. Onun oxu tərzi gözəldir, Azərbaycan musiqisini yaxşı bilən sənətkardır. Muğamlarımızı gözəl ifa edir. Əgər yardım istəyən sıradan bir müğənni olsaydı, ona başqa cür cavab verərdim, amma bu, Könül Xasıyevaya aid deyil”.

O, K.Xasıyevaya müraciət edərək bildirib ki, müğənnilərin pulu yoxdur və onlardan yardım istəmək heç bir effekt verməyəcək:

"Sadəcə mən Könülə bir məsləhət vermək istəyirəm, Könül, sən müğənnilərə müraciət edib yardım istəmə. Onların pulları yoxdur, yalandan basıb-bağlayırlar ki, toylara gedirik, bizim pulumuz var. Müğənnilərin heç nəyi yoxdur, hamısı dilənçidirlər. Bir-ikisinin "Maybach” markalı maşın almağı ilə deyil ki... Hələ bilmək olmaz onlar o maşınları hansı yolla alıblar. Müğənniliklə maşın almaq mümkün deyil. Mən bunların hamısını çox yaxşı bilirəm. Elə bildiyimə görə də deyirəm ki, ay Könül, mənim əzizim, gözəl bacım, sən deputatlara, məmurlara, iş adamlarına, İcra başçılarına müraciət et. Onlar sənə kömək edə bilər. Sən yaşamalı, yaratmalı, oxumalısan. Könül xalqımıza lazımdır. Öz adımdan insanlara müraciət edirəm ki, Könül Xasıyevaya kömək edin, çünki o, xalqımızın ən gözəl sənətkarlarından biridir”.

Qeyd edək ki, Xalq artisti Könül Xasıyeva boğazında şiş aşkarlandığını, Almaniyada əməliyyat üçün 254 min manata ehtiyacı olduğunu bildirib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nigeriyada Ebolaya ilk yoluxma qeydə alınıb
18:40 21.10.2026
Nigeriyada Ebolaya ilk yoluxma qeydə alınıb
Makron: Qətərdən Fransaya qaz tədarükü təmin edilib
18:25 21.10.2026
Makron: Qətərdən Fransaya qaz tədarükü təmin edilib
Rusiyadan ABŞ-a ilk dizel yanacağı daşıyan tanker sabah yola salınacaq
18:12 21.10.2026
Rusiyadan ABŞ-a ilk dizel yanacağı daşıyan tanker sabah yola salınacaq
Məsud Pezeşkian: Təhdid və təzyiq dilində dialoq heç bir məna kəsb etmir
17:49 21.10.2026
Məsud Pezeşkian: Təhdid və təzyiq dilində dialoq heç bir məna kəsb etmir
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
17:48 21.10.2026
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İki marşrutun hərəkət sxemi dəyişdirildi
17:38 21.10.2026
İki marşrutun hərəkət sxemi dəyişdirildi
Valideyn övladını mirasdan məhrum edə bilər? - QANUN NƏ DEYİR?
17:33 21.10.2026
Valideyn övladını mirasdan məhrum edə bilər? - QANUN NƏ DEYİR?
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradılır
17:25 21.10.2026
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradılır
“MediaLAB”: İnformasiya müharibəsinə qarşı maarifləndirmə daha da gücləndirilməlidir
17:25 21.10.2026
“MediaLAB”: İnformasiya müharibəsinə qarşı maarifləndirmə daha da gücləndirilməlidir
Prezident bu sazişi təsdiq etdi
17:23 21.10.2026
Prezident bu sazişi təsdiq etdi
2 yaşlı autizmli uşağı kameradan kənara çəkərək vurdu - VİDEO
17:13 21.10.2026
2 yaşlı autizmli uşağı kameradan kənara çəkərək vurdu - VİDEO
“Cahan Şirkətlər Qrupu”nun “BE Group” şirkəti “BakuBuild” sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR
17:06 21.10.2026
“Cahan Şirkətlər Qrupu”nun “BE Group” şirkəti “BakuBuild” sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR
“Lyuk”a düşüb xəsarət alan məmur xanımına görə - AAYDA rəsmisi cəzalandırılıb
16:54 21.10.2026
“Lyuk”a düşüb xəsarət alan məmur xanımına görə - AAYDA rəsmisi cəzalandırılıb
DSX-dən çobanın Ermənistana keçməsi barədə iddiaya - Münasibət
16:51 21.10.2026
DSX-dən çobanın Ermənistana keçməsi barədə iddiaya - Münasibət
Firuzə İbadova iki aydır yataq xəstəsidir - VİDEO
16:34 21.10.2026
Firuzə İbadova iki aydır yataq xəstəsidir - VİDEO
Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi
16:29 21.10.2026
Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi