Əli Pənahov: Partiyamızın rəhbərliyi hər zaman gənclərə böyük etimad göstərir

GƏNCLİK
13:03 08.10.2015
2796
«Yeni Azərbaycan Partiyası qələbələr partiyasıdır. Noyabrın 1-də keçirilən parlament seçkilərində partiyamızın möhtəşəm qələbə qazanacağı şübhəsizdir». 
Bu fikirləri YAP Gənclər Birliyinin sədr müavini-ofisinin rəhbəri, Əli Pənahov deyib. 
Ə.Pənahov bildirib ki, yarandığı vaxtdan bütün seçkilərdə qələbə qazanan partiyamız növbəti parlament seçkilərində də böyük uğur əldə edəcək. Onun sözlərinə görə, uğurlu seçki kampaniyası aparan YAP-ın güclü resurslarından biri də yüzminlərlə üzvüdür, fədakar partiya fəallarıdır. «Təbii ki, partiyamızın rəhbərliyi hər zaman gənclərə də böyük etimad göstərir. YAP-ın sıralarında 250 mindən çox gənc birləşib və onların əksəriyyəti fəal gənclərdir. Bütün seçkilərdə partiyamız gənclərimizin potensialından səmərəli istifadə edir. Budəfəki seçkilərdə də belədir. Belə ki, gənclərimiz namizədlərin imzatoplama prosesində fəal iştirak edib, dairə və seçki məntəqələrinə müşahidəçi və məşvərətçi təyin olunublar. 
Ümumiyyətlə, yüzlərlə fəal gənc partiyamızın Mərkəzi Seçki Qərargahının rayon təşkilatlarının işinə cəlb olunublar. Seçki kampaniyasının təbliğat prosesdə də gənclərimiz aktiv iştirak edəcək. Hesab edirəm ki, bütün bunlar partiya rəhbərliyinin biz gənclərə göstərdiyi böyük etimaddır. Çalışacağıq ki, bu etimadı layiqincə doğruldaq»- deyə, Ə.Pənahov qeyd edib

OXŞAR XƏBƏRLƏR