21:03 Cümə Axşamı, 12 Dekabr 2019
MƏDƏNİYYƏT

"Əli və Nino" filmi Efiopiyada nümayiş etdirildi

17:55, 26.11.20197782

Əddis Əbəbədə keçirilən Avropa Film Festivalında "Əli və Nino" filmi nümayiş etdirilib.

 

AZXEBER.COM xəbər verir ki, Avropa İttifaqının Efiopiyadakı Nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən "Avropa Film Festivalı" çərçivəsində Əddis-Əbəbə şəhərində yerləşən "VAMDAS" kinoteatrında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın layihə rəhbəri və icraçı prodüseri olduğu "Əli və Nino" bədii filmi təqdim olundu.

 

Tədbiri giriş sözü ilə açan səfir Elman Abdullayev filmi izləmək üçün gəlmiş efiopialı və digər xarici qonaqları salamalayaraq, ölkəmizdə tolerantlıq və multikulturalizm ənənələri ilə yanaşı, ilk respublikamızın qurulması proseslərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdıran bu filmin xüsusi əhəmiyyətə malik olduğunu qeyd etmişdir.

 

İzləyicilərin geniş marağına səbəb olmuş filmin nümayişində Əddis-Əbəbədə akkreditə olunmuş diplomatik korpusun, beynəlxalq təşkilatların və Efiopiya ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

XƏBƏR LENTİ