“Nazirlər dəyişsə də, köhnə intriqalar dəyişmir” - “Ali və Nino” sərgini tərk etdi

“Nazirlər dəyişsə də, köhnə intriqalar dəyişmir” - “Ali və Nino” sərgini tərk etdi
SOSİAL
12:12 02.10.2025
322
 
Məşhur kitab mağazası "Əli və Nino" Bakıda keçirilən kitab sərgisini tərk edib.
 
AZXEBER.COM xəbər verir ki, bu haqda kitab mağazasının sahibi Nigar Köçərli məlumat verib. 

O, bildirib ki, nazirlər dəyişsə də, köhnə intriqalar və bizə münasibət dəyişmir:
 
"Təəsüf ki, "Əli və Nino" kitab sərgisini tərk etməyə məcbur oldu. Bizə qarşı olan bu təhqiri həzm edə bilmədik. Baş verənləri izah edim. Nazirlər dəyişsə də, köhnə intriqalar və bizə münasibət  dəyişmir. Bu il bizi inandırdılar ki, hər şey fərqli olacaq. Bizə təklif edilən yerlər salonun sonunda olsa da, yenə də razılaşdıq. Hamı kimi, sərgiyə stendləri düzmək üçün 1 gün əvvəl getdik. Minlərlə kitablar, böyük endirimlərlə, işimizə sevgi ilə. 

O qeyd edib ki, "Ali və Nino”ya ayrılan yer başqa təşkilata verilib: 

"Amma bizə ayrılan yer başqa təşkilata artıq vəd olunduğunu dedilər. Ondan sonra Şahbaz bəy nazir müavini, şöbə rəisi və digər əməkdaşlarla danışıb, məsələni həll etməyə çalışdı. Ona söz verildi ki, sabahdan o yer sizindir. Səhər 7-də bizim komandamız sərgiyə gələndə gördü ki, həmin yerdə artiq başqa (kitaba aid olmayan) təşkilat məskunlaşıb. Nazirliyin əməkdaşları heç nə olmamış kimi bütün əvvəlki danışıqları inkar etdilər".
 
Nigar Köçərli həmçinin bildirib ki, bu qərarı "Qanun" nəşriyyatı ilə birgə veriblər:
 
"Bu zaman "Qanun" və biz qərara aldıq ki, sərgini tərk edək. Bizneslərimiz ayrı olsa da, biz Şahbaz bəy ilə ailəyik. Çox pis vəziyyətdə idik. Qarşımızda çox çətin dilemma dayanmışdı.  Biz gediriksə, bəs 20-dən çox müəllifin imza saatı və təqdimatı necə olacaq? Elə yazıçı var ki, ilboyu bu hadisəyə hazırlaşırdı. Hələ çəkilən xərcləri, komandamızın əziyyətini demirəm. Nəticədə Şahbaz  bəylə qərara gəldik - biz qalırıq, imza günləri davam edir, "Əli və Nino" üçün isə koridorda bir neçə masa açdıq və kitabları düzdük. Durum o qədər  təhqiredici idi ki, utandığımdan heç banneri da açmadım. Məyus və aşağılanmış vəziyyətdə ofisə qayıtdıq. Sonra başa düşdüm ki, mən bu vəziyyətlə barışa bilmərəm. Şahbaz bəyi inandırdım ki, Qanun işinə davam etsin, biz isə ("Əli və Nino") sərgini tərk edək. Bu qərardan sonra içimdə böyük rahatlıq yarandı. İlk növbədə komandama və bizə dəstək olan hərkəsə bir daha təşəkkür edirəm. Sərgidə olan bütün həmkarlarıma uğurlar arzulayıram".
 
Günel Hüseynli
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İstanbulda 5 bal gücündə zəlzələ oldu
16:09 02.10.2025
İstanbulda 5 bal gücündə zəlzələ oldu
Prezident: Azərbaycan və Ermənistan artıq sülh şəraitində yaşamağa uyğunlaşıb
16:03 02.10.2025
Prezident: Azərbaycan və Ermənistan artıq sülh şəraitində yaşamağa uyğunlaşıb
İlham Əliyev Şavkat Mirziyoyevə təbrik məktubu ünvanlayıb
16:00 02.10.2025
İlham Əliyev Şavkat Mirziyoyevə təbrik məktubu ünvanlayıb
Rüfət Axundov saç əkdirib - FOTO
15:56 02.10.2025
Rüfət Axundov saç əkdirib - FOTO
Dünən azadlığa çıxan prodüser xəstəxanaya yerləşdirildi
15:39 02.10.2025
Dünən azadlığa çıxan prodüser xəstəxanaya yerləşdirildi
İlham Əliyev Kopenhagendə Aİ liderləri ilə görüşdü - FOTOLAR
15:34 02.10.2025
İlham Əliyev Kopenhagendə Aİ liderləri ilə görüşdü - FOTOLAR
İlham Əliyev Meloni ilə görüşdü - FOTOLAR
15:28 02.10.2025
İlham Əliyev Meloni ilə görüşdü - FOTOLAR
Jurnalist “Birlink” internet provayderindən şikayətçidir: “Pullarım hara yoxa çıxdı?”
15:24 02.10.2025
Jurnalist “Birlink” internet provayderindən şikayətçidir: “Pullarım hara yoxa çıxdı?”
İmişlidə deputata hörmətsizlik edildi: “Bu özümə yox, dövlətin ali orqanına hörmətsizlikdir”
15:20 02.10.2025
İmişlidə deputata hörmətsizlik edildi: “Bu özümə yox, dövlətin ali orqanına hörmətsizlikdir”
“Yeni Zelandiya” yağları və balıq kürüləri ilə bağlı - XƏBƏRDARLIQ
15:15 02.10.2025
“Yeni Zelandiya” yağları və balıq kürüləri ilə bağlı - XƏBƏRDARLIQ
Tokayev Durovla görüşdü
15:07 02.10.2025
Tokayev Durovla görüşdü
Azərbaycan–İtaliya Strateji Tərəfdaşlığı: Siyasi, iqtisadi və humanitar müddəalar
15:03 02.10.2025
Azərbaycan–İtaliya Strateji Tərəfdaşlığı: Siyasi, iqtisadi və humanitar müddəalar
Saxta medal paylayan QHT sədri ilə bağlı yeni fakt – Türkmənistan prezidentinə də medal veribmiş
14:49 02.10.2025
Saxta medal paylayan QHT sədri ilə bağlı yeni fakt – Türkmənistan prezidentinə də medal veribmiş
Binəqədidə “Konstitusiya və Suverenlik İli: Təhsil və Gələcək Nəsillər” adlı təhsil konfransı keçirildi - FOTOLAR
14:48 02.10.2025
Binəqədidə “Konstitusiya və Suverenlik İli: Təhsil və Gələcək Nəsillər” adlı təhsil konfransı keçirildi - FOTOLAR
“Şəhidlik Dastanı” adlı kitab işıq üzü gördü - FOTOLAR
14:44 02.10.2025
“Şəhidlik Dastanı” adlı kitab işıq üzü gördü - FOTOLAR
"Süni intellekt və musiqinin vəhdəti" adlı layihəsi keçirildi - FOTOLAR
14:21 02.10.2025
"Süni intellekt və musiqinin vəhdəti" adlı layihəsi keçirildi - FOTOLAR