"Əlibəyli kəndində görüşüm ayın 20-dən sonra baş tutacaq" - Azər Kərimli

"Əlibəyli kəndində görüşüm ayın 20-dən sonra baş tutacaq" - Azər Kərimli
Bütün Xəbərlər
15:32 13.10.2015
1669
Bu gün AZXEBER.COM xəbər portalında yayımlanan "Deputatı kənddə lapatka ilə qarşıladılar" xəbərinə reaksiya gəlib. 

Millət vəkili Azər Kərimli bu haqda AZXEBER.COM-a açıqlama verib. Onun dediyinə görə, Əlibəyli kəndində görüş ayın 20-dən sonra üçün nəzərdə tutulub: "Əlibəyli kəndinin sakinləri bu xəbərdən çox narahat olublar. Bu xəbəri yazarkən məndən və ya kəndin sakinlərindən məlumat almaq olardı. Amma çox təəsüf ki, buna lüzum görülməyib. Mən son dəfə Əlibəyli kəndində 2-3 ay əvvəl olmuşam. Onu da vurğulayım ki, mənim Əlibəyli kənd sakinləri ilə görüşüm, ayın 20-dən sonra nəzərdə tutulub və əminəm ki, ən izdihamlı görüşlərimdən biri məhz bu kənddə baş tutacaq. 

Deputatın dediyinə görə, o Qax rayonunda Mədəniyyət evində olub və ziyalılar, ağsaqqallar, gənclər, Qarabağ əlilləri ilə görüşüb.

Azər Kərimli həmçinin onu da qeyd etdi ki, onun əleyhinə qara PR kampaniyası aparılır: "Sakinlər bu xəbərdən sonra redaksiyaya da zənglər ediblər, onlar çox narahatdırlar. Mən bilirəm ki, mənə qarşı bu qara PR kampaniyasını kim aparır, onun adını çəkmək fikrim yoxdur. Ancaq onu deyə bilərəm ki, hər şeyin bir həddi var".

Onu da qeyd edək ki, bu xəbərdən sonra Əlibəyli kəndinin gürcü əhalisi portalımızla əlaqə saxlayıb və deputata dəstək olduqlarını bildirib.
OXŞAR XƏBƏRLƏR