Türkiyədə yayımlanan verilişlərdən birində Arzu adlı qadının həyat hekayəsi məşhur aparıcı Armağan Çağlayanı və tamaşaçıları ağladıb.
Əri tərəfindən tüfənglə vurulan və hazırda qollarını işlədə bilməyən Arzu başına gələnləri Armağan Çağlayanın "Hepsi Bugün Oldu" verilişində danışıb.
Onun dediklərinə görə, əri əlil qadını zorlayıb. Qadın hamilə qalıb. Ər həmin qadını da evinə gətirib və xanımından ona baxmağı tələb edib. Bütün bunlardan "boğaza yığılan" qadın ərindən boşanmaq istəyib. Ər isə onu ölümlə təhdid edib və Arzunu qolundan tüfənglə vurub.
Qeyd edək ki, gərdək gecəsi günü də Arzunu döyən ər hazırda həbsxanadadır.
///Milli.Az