Əlil qız ayağı ilə roman yazdı – FOTOLAR

Əlil qız ayağı ilə roman yazdı – FOTOLAR
Bütün Xəbərlər
15:16 28.01.2015
852

Kitabda 60 minə yaxın söz var.

Serebral iflicdən əziyyət çəkən Çin sakini Hu Huiyuan kitab yazıb. Bu barədə The Daily Mail xəbər verir.

AZXEBER.COM Lenta-ya istinadən xəbər verir ki, praktiki olaraq tam hərəkətsiz olan 21 yaşlı çinli romanını noutbukda sol ayağı ilə yazıb. Kitabda 60 min söz var. Yazıçı klaviaturada bir dəqiqə ərzində 20-dən 30-dək söz yığır.

Anxoy əyalətində yaşayan qızın valideynləri bildirib ki, qızın uşaqlıqda məktəbə getmək imkanı olmayıb, lakin o, televiziya subtitrlərinin köməyi ilə yazını öyrənib. Qız anadan olanda həkimlər bildirmişdilər ki, o, heç 10 gün belə yaşamayacaq.

Yerli telekanala müsahibə verən Hu Huiyuan deyib ki, çox diqqətcil olmağa çalışır və əlliliyi ona səbrli olmağı öyrədib.

“Mən şadam ki, mənim yazmaq və müxtəlif maraqlı insanlarla ünsiyyət qurmaq imkanım var”, - o qeyd edib.

OXŞAR XƏBƏRLƏR