Əlilliyi olan şəxslərin əl işlərinin növbəti satış sərgisi keçirildi

Əlilliyi olan şəxslərin əl işlərinin növbəti satış sərgisi keçirildi
SOSİAL
14:58 08.07.2026
339
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və 2 saylı Sumqayıt regional "ASAN xidmət” mərkəzinin təşkilatçılığı ilə əlilliyi olan şəxslərin əl işlərindən ibarət satış-sərgi keçirilib.

AZXEBER.COM xəbər verir ki, "Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil edilən sərgidə Agentliyin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin məzunları və hazırda oarada peşə hazırlığı keçən gənclər tərəfindən hazırlanmış 900 ədəd əl işi nümayiş etdirilərək satışa çıxarılıb.

Əl işləri rəssamlıq, vitraj boyakarlığı, xalçaçılıq, bədii tikmə, toxuculuq, muncuqlarla hazırlanmış əl işləri, suvenir şamlar, bədii oyma, dulusçuluq və dərzilik sahələrini əhatə edib.

Sərgi əlilliyi olan şəxslərin sosial inklüzivliyinin təşviqi, yaradıcılıq potensialının nümayiş etdirilməsi və əmək bazarında iştirak imkanlarının genişləndirilməsi məqsədi daşıyıb.
OXŞAR XƏBƏRLƏR