Əliyar Ağayev Çempionlar Liqasında "Mançester Siti"nin oyununu idarə edəcək

İDMAN
11:38 11.12.2023
322
UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI turu çərçivəsində dekabrın 13-də keçiriləcək "Srvena Svezda” (Serbiya) – "Mançester Siti” (İngiltərə) oyununun baş hakimi Əliyar Ağayev olacaq.

AZXEBER.COM xəbər verir ki, ona FIFA referi köməkçiləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Dekabrın 13-də baş tutacaq qarşılaşmanın VAR hakimi Alper Ulusoy (Türkiyə), AVAR isə Abdulkadir Bitigen (Türkiyə) olacaq.

OXŞAR XƏBƏRLƏR