Elm və ali təhsil üzrə ictimai dinləmə keçirilib

Elm və ali təhsil üzrə ictimai dinləmə keçirilib
SOSİAL
17:27 23.10.2025
107
Oktyabrın 23-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf strategiyası”nın layihəsinin hazırlanması çərçivəsində elm və ali təhsil sahəsinə dair təkliflərin müzakirəsi məqsədilə ictimai dinləmə keçirilib.

AZXEBER.COM xəbər verir ki, tədbirdə ali təhsil və elmi müəssisələrin, dövlət qurumlarının təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

İctimai dinləmədə elm və ali təhsil sisteminin mövcud vəziyyəti, inkişaf istiqamətləri və qarşıda duran prioritet vəzifələr müzakirə olunub. Çıxışlarda doktoranturaya qəbul göstəricilərinin artırılması, gənclərin elmi tədqiqata marağının stimullaşdırılması, elmi fəaliyyətin maliyyə və institusional əsaslarının gücləndirilməsi ilə bağlı təkliflər səsləndirilib.

Eyni zamanda ali təhsilin əmək bazarına uyğunlaşdırılması, tədqiqat yönümlü universitetlərin inkişafı, laborator və innovasiya mühitinin formalaşdırılması, eləcə də magistrant və doktorantların praktiki fəaliyyətə cəlb edilməsi məsələləri diqqətə çatdırılıb.
 
Müzakirələr zamanı ali təhsil müəssisələrinin reytinq və akkreditasiya göstəricilərinə əsaslanan diferensial maliyyələşmə modelinin tətbiqi, tələbələrin beynəlxalq sertifikatlar əldə etməsinə dəstək mexanizmlərinin gücləndirilməsi və təhsilin rəqəmsallaşması ilə bağlı fikir və təkliflər də irəli sürülüb.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ərdoğan Makronu COP31 Liderlər Sammitinə dəvət edib
21:58 27.10.2026
Ərdoğan Makronu COP31 Liderlər Sammitinə dəvət edib
1707-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
21:53 27.10.2026
1707-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
Səhiyyə Nazirliyinin sözçüsü Pərviz Abubəkirov vəzifəsindən gedir
21:45 27.10.2026
Səhiyyə Nazirliyinin sözçüsü Pərviz Abubəkirov vəzifəsindən gedir
Finlandiya və Norveç vasitəçi olmaq istəmir
21:30 27.10.2026
Finlandiya və Norveç vasitəçi olmaq istəmir
Qrossi İranın nüvə obyektlərinin yoxlanılmasını tələb edib
21:22 27.10.2026
Qrossi İranın nüvə obyektlərinin yoxlanılmasını tələb edib
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
21:14 27.10.2026
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
21:09 27.10.2026
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Ramiz Mehdiyevə verilən şərti həbs cəzası nə deməkdir?  - Hüquqi izah
21:03 27.10.2026
Ramiz Mehdiyevə verilən şərti həbs cəzası nə deməkdir? - Hüquqi izah
Rusiya Britaniyanın hərbi sənaye müəssisələrinin bir sıra rəhbərlərinə sanksiya tətbiq edib
20:58 27.10.2026
Rusiya Britaniyanın hərbi sənaye müəssisələrinin bir sıra rəhbərlərinə sanksiya tətbiq edib
Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
20:53 27.10.2026
Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib
20:47 27.10.2026
Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib
Bakıda su satışı aparatlarından oğurluq edən üç nəfər həbs olunub
20:39 27.10.2026
Bakıda su satışı aparatlarından oğurluq edən üç nəfər həbs olunub
Ramiz Mehdiyev ilə bağlı qərar verildi - Bütün əmlakları…
20:34 27.10.2026
Ramiz Mehdiyev ilə bağlı qərar verildi - Bütün əmlakları…
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
20:31 27.10.2026
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Kamran Əliyev Aleksandr Zuyevlə terrorçuluğa qarşı mübarizəni müzakirə edib
20:29 27.10.2026
Kamran Əliyev Aleksandr Zuyevlə terrorçuluğa qarşı mübarizəni müzakirə edib
Azərbaycan-Uqanda arasında hüquq-mühafizə sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
20:23 27.10.2026
Azərbaycan-Uqanda arasında hüquq-mühafizə sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib