Cari ilin 13-14 iyun tarixlərində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Gürcüstana rəsmi səfəri nəzərdə tutulub.
Xarici İşlər Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, Gürcüstan səfəri çərçivəsində E.Məmmədyarovun bu ölkənin prezidenti Mixeil Saakaşvili, Gürcüstanın XİN rəhbəri Qriqol Vaşadze, Gürcüstan Parlamentinin sədri David Bakradze, Gürcüstanın baş naziri Nika Gilauri, Acarıstan hökumətinin sədri Levan Varşalomidze və Marneuli rayonunun Azərbaycanlı icmasının nümayəndələri ilə görüşləri nəzərdə tutulub.
London taksilərinin aparıcı istehsalçısı olan "Manganese Bronze Holdings PLC" şirkəti ilə müqavilə çərçivəsində Bakıya gətirilən London Taxi TX4 avtomobillərinin bir hissəsi bu gündən etibarən sərnişinlərə xidmət göstərməyə başlayıb.