Elmar Məmmədyarov Britaniya, Gürcüstan və Litvanın XİN rəhbərləri ilə görüşdü

Elmar Məmmədyarov Britaniya, Gürcüstan və Litvanın XİN rəhbərləri ilə görüşdü
Bütün Xəbərlər
12:29 07.12.2011
1257
Xarici İşlər Naziri Elmar Məmmədyarov dekabrın 6-da Litvanın paytaxtı Vilnüs şəhərində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 18-ci iclasında iştirakı çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyqlə keçirilmiş görüşdə ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Görüş zamanı iki ölkə arasında iqtisadi və enerji sahələrində, həmçinin beynəlxalq təşkilatlar və BMT TŞ çərçivəsində perspektiv əməkdaşlıq məsələləri müzakirə olunub. Britaniya tərəfi Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında qaz alqı-satqısı və tranziti məsələlərinə dair sənədlər paketinin imzalanmasından məmnunluq bildirib.Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze ilə görüşən nazir E.Məmmədyarov həmkarı ilə Azərbaycan və Gürcüstan arasındakı ikitərəfli əlaqələr və regionda mövcud olan münaqişələrin həlli perspektivlərini müzakirə edib. Görüşdə həmçinin beynəlxalq təşkilatlar və GUAM çərçivəsində əməkdaşlıq, eyni zamanda enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.Daha sonra E.Məmmədyarov Litvanın xarici işlər naziri Audronius Ajubalislə görüşüb. Litva tərəfi ATƏT-in Minsk qrupunun həmsədrlərinin, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsinə dair bəyanatını yüksək qiymətləndirib. Görüşdə iki ölkə arasında enerji sahəsində əməkdaşlıq, eyni zamanda, BMT çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Görüşün sonunda Azərbaycan hökuməti ilə Litva hökuməti arasında diplomatik pasporta malik şəxslərin viza tələbindən azad edilməsi haqqında saziş imzalanıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mask “X”-də yaranan nasazlıqdan sonra öz şirkətlərinə fokuslanmaq qərarına gəlib
06:46 25.05.2025
Mask “X”-də yaranan nasazlıqdan sonra öz şirkətlərinə fokuslanmaq qərarına gəlib
Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsində dronlardan istifadə təcrübəsini öyrənir
03:26 25.05.2025
Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsində dronlardan istifadə təcrübəsini öyrənir
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
03:15 25.05.2025
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
01:24 25.05.2025
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
Sibel Can ərə getməsi xəbərini təkzib edib
00:11 25.05.2025
Sibel Can ərə getməsi xəbərini təkzib edib
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
23:40 24.05.2025
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
23:30 24.05.2025
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
23:08 24.05.2025
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
22:47 24.05.2025
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
22:23 24.05.2025
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
22:15 24.05.2025
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
21:52 24.05.2025
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
21:27 24.05.2025
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
20:59 24.05.2025
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
20:47 24.05.2025
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
20:34 24.05.2025
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub