Elmar Məmmədyarov: Ermənistan rəsmilərinin səsləndirdiyi əsassız bəyanatlar..

SİYASƏT
19:30 14.11.2019
13728

Xarici İşlər naziri Elmar Məmmədyarov İsrailin Azərbaycandakı səfiri Dan Stavı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Nazirlikdən  verilən məlumata görə, səfir D.Stav diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Görüşdə tərəflər iki ölkə arasında ikitərəfli münasibətlərin hazırkı durumu, əməkdaşlığın cari inkişaf səviyyəsi və perspektivləri barəsində fikir mübadiləsi apardılar.

Nazir ikitərəfli əlaqələrin inkişafının uğurla davam etdiyini qeyd etdi. Nazir, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son vəziyyətə toxunaraq, Ermənistanın siyasi rəhbərliyinin səsləndirdiyi tamamilə əsassız bəyanatların bölgədə gərginliyin artmasına xidmət etdiyini vurğuladı. Nazir, həmçinin Ermənistanın işğalçı siyasəti nəticəsində öz doğma yurdlarından didərgin düşmüş məcburi köçkünlərin öz torpaqlarına şərəflə geri qayıtmasının vacibliyini vurğuladı.

Tərəflər Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında birgə komissiyanın fəaliyyətinə və 2018-ci ilin 15-16 may tarixlərində keçirilmiş birinci iclasına toxunaraq, bu xüsusda əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini qeyd etdilər.

Görüşdə, həmçinin tərəflər arasında qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparıldı.

E.Məmmədyarov səfir D.Stavın ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirdi və ona gələcək fəaliyyətində uğurlar arzu etdi.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

18:30 28.10.2020

İlham Əliyev: “Ermənistan silahlı qüvvələrinin Qarabağdakı döyüşlərdə itkiləri təqribən 5 min nəfərdir"

18:07 28.10.2020

Türkiyə səfiri: "Hamımızın ürəyi Azərbaycanın ərazilərini azad etməsi üçün döyünür"

17:47 28.10.2020

Ukraynada fövqəladə vəziyyətin müddəti uzadıldı

17:31 28.10.2020

XİN-dən ermənilərin Bərdədə törətdiyi qətliamla bağlı BƏYANAT

17:27 28.10.2020

Ermənilər Tərtəri atəşə tutur, 30-a yaxın mərmi atılıb

17:21 28.10.2020

Türkiyə MN: “PKK ilə əlbirlik edəcək qədər aciz olan Ermənistan mülki əhalinin qətliamına davam edir”

17:12 28.10.2020

Giriş-çıxışın dayandırıldığı şəhər və rayonların sayı artırıldı - SİYAHI

17:03 28.10.2020

Azərbaycanda xüsusi karantin rejimi uzadıldı

17:02 28.10.2020

Ermənilər Fransada yolu bağladılar, işə gedən türklərə hücum edib beş nəfəri yaraladılar

16:55 28.10.2020

İran səfirliyi ermənilərin Bərdəyə raket hücumunu pislədi

16:42 28.10.2020

Keçmiş erməni deputat koronavirusdan öldü

16:42 28.10.2020

Ötən gün Bərdənin raket atəşinə tutulması nəticəsində ölənlərin sayı 5-ə çatıb

16:35 28.10.2020

Azərbaycan Ordusu bu əraziləri işğaldan azad etdi: Prezident açıqladı

16:22 28.10.2020

Prezidentdən yeni tvit: "Bərdə sakinlərinin qisası yerdə qalmayacaq"

16:19 28.10.2020

Azərbaycanda bu gün 988 nəfər koronavirusa yoluxdu

16:15 28.10.2020

Tərtər rayonunun ərazisi yenidən atəşə tutulub