Elmar Məmmədyarova Meksikadan təbrik

Elmar Məmmədyarova Meksikadan təbrik
Bütün Xəbərlər
11:22 19.03.2012
1229
Azərbaycan Respublikası ilə Meksika Birləşmiş Ştatları arasında diplomatik əlaqələrin qurulmasının 20 illik yubileyi münasibətilə Meksikanın Xarici İşlər Naziri xanım Patrisiya Espinoza Kanteyano Azərbaycan Respublikasının Xarici İşlər Naziri cənab Elmar Məmmədyarova təbrik məktubu ünvanlamışdır.
Məktubda Meksika və Azərbaycan xalqlarının öz maraqları naminə ikitərəfli münasibətləri, eyni zamanda, dostluq və əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirdikləri vurğulanaraq, iki ölkə arasında yüksək səviyyəli təmasların, hökumət nümayəndələrinin qarşılıqlı səfərlərinin və əsası qoyulmuş əməkdaşlıq layihələrinin həm ikitərəfli, həm də çoxtərəfli əsasda əməkdaşlığın daha da genişləndirilməsinə şərait yaratdığı qeyd olunur.
OXŞAR XƏBƏRLƏR