Elmar Vəliyev qərar verdi: ‘Gəncədə spirtli içkiləri nağd pulla da almaq olar’

Elmar Vəliyev qərar verdi: ‘Gəncədə spirtli içkiləri nağd pulla da almaq olar’
Bütün Xəbərlər
16:53 12.01.2016
2339

Gəncə şəhərindətütün məmulatları və spirtli içkilərin satışı ilə bağlı yeni qərar verilib.

İcra Hakimi Elmar Vəliyevin tapşırığına müvafiq olaraq bu gündən etibarən iaşə və ticarət obyektlərində tütün məmulatları və spirtli içkilərin satışı nağd və ya nağdsız (kartla) həyata keçirilə bilər.

Qeyd edək ki, 2016-cı ilin yanvarın 1-dən etibarən“Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan ərazisində dövriyyəsinin tənzimlənməsi qaydaları” qüvvəyə minib. Yeni qaydaya əsasən markalanmalı malların (tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla) satılması və satış məqsədi ilə alınması zamanı həmin malların dəyərinin nağd qaydada ödənilməsinə yol verilmir.

OXŞAR XƏBƏRLƏR