Elmin İnkişafı Fondu 3-cü “Şuşa qrantı”nı elan etdi

Elmin İnkişafı Fondu 3-cü “Şuşa qrantı”nı elan etdi
Bütün Xəbərlər
12:36 26.12.2014
1014

Azərbaycan prezidenti yanında Elmin İnkişafı Fondu fundamental-tətbiqi xarakterli elmi-tədqiqat layihələri və xüsusi layihələrin dəstəklənməsi üzrə 2014-cü ildə növbəti 3-cü “Şuşaqrantı” müsabiqəsini elan edib.

Fondun mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, müsabiqənin əsas prioriteti Qarabağ tədqiqatlarının, alban kilsələrinin və digər tarixi abidələrin, maddi və qeyri-maddi irsinin, Ermənistan-Azərbaycan münaqişəsinin, azərbaycanlılara qarşı soyqırımların, erməni diasporunun məkrli fəaliyyətinin və təcavüzlərinin,Xocalısoyqırımının araşdırılması və bu barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,Dağlıq Qarabağmünaqişəsinin yaratdığı problemlərlə bağlı mədəni, ekoloji, tibbi, bioloji və aqrar məsələlərin, qaçqın və məcburi köçkünlərin hüquqlarının qorunmasının, sosial və tibbi problemlərinin və s. kompleks şəkildə elmi əsaslarla dərindən tədqiq olunmasıdır.

3-cü “Şuşaqrantı” müsabiqəsinin ümumi maliyyələşdirilmə həcmi 300000 manatdır. Müsabiqə çərçivəsində təqdim olunacaq layihələr kiçik (10 000 manatadək) və orta (10 000 - 100 000 manat) maliyyə həcmli qrantlar şəklində maliyyələşdiriləcək. Beynəlxalq əməkdaşlıq çərçivəsində təqdim olunan layihələrə seçim zamanı üstünlük veriləcək.

Müsabiqədə iştirak etmək üçün sənəd qəbulu 2015-ci il yanvarın 5-dən fevralın 13-ü saat 17.00-a qədər aparılacaq. 3-cü “Şuşaqrantı” müsabiqəsinin nəticələrinin 2015-ci ilin ikinci rübündə açıqlanması planlaşdırılır.

Qeyd edək ki, Elmin İnkişafı Fondu Qarabağla bağlı ölkədə aparılan elmi tədqiqatları stimullaşdırmaq, regional və beynəlxalq səviyyədə araşdırmaları təmin etmək məqsədilə 2012-ci il mayın 8-də “Şuşaqrantı” müsabiqəsini təsis edib. 1-ci “Şuşaqrantı” müsabiqəsi 2012-ci ildə elan edilərək keçirilib. 1-ci müsabiqənin nəticələri üzrə yerinə yetirilən 4 layihədən 2-si beynəlxalq xarakterli olmaqla Almaniya və Ukrayna alimləri ilə birlikdə uğurla yerinə yetirilib.

2-ci “Şuşaqrantı” məqsədli müsabiqəsi isə Elmin İnkişafı Fondu vəUNESCOüzrə Azərbaycan Milli Komissiyası ilə birgə 2013-cü ildə elan olunaraq keçirilib, 10 qalib layihə müəyyənləşdirilib. 2-ci müsabiqənin nəticələri üzrə layihələr uğurla yerinə yetirilməkdədir.

OXŞAR XƏBƏRLƏR