‘Elmlər Akademiyası’ stansiyasında yenilik

‘Elmlər Akademiyası’ stansiyasında yenilik
Bütün Xəbərlər
15:03 28.08.2013
2059

Bakı Metropoliteni “Elmlər Akademiyası” stansiyasında ekskalatorların əsaslı təmirini başa çatdırıb

Bakı Metropoliteni "Elmlər Akademiyası" stansiyasında təmir olunan ekskalatoru Azərbaycanda tədris ilinin başlanacağı gün (16 sentyabr) istifadəyə verməyi planlaşdırır. Bu barədə çərşənbə günü Bakı MetropolitenindənTrend-ə bildirilib. Metroplolitendən bildirilib ki, ekskalatorun əsaslı təmiri üzrə işlər artıq başa çatdırılıb və hazırda sazlama işləri aparılır. Metrodan bildirilib: "Baxmayaraq ki, ekskalatorun təmiri başa çatdırılıb, lakin sazlama işləri olmadan o, istismara verilə bilməz. Onun tədris ilinin başlanğıcında istismara verilməsi nəzərdə tutulur".

OXŞAR XƏBƏRLƏR