Elnarə: "Doğma hesab etdiyin biri sənə xəyanət edirsə..." - FOTO

Elnarə: "Doğma hesab etdiyin biri sənə xəyanət edirsə..." - FOTO
ŞOU-BİZNES
15:26 15.11.2016
888
İnsana xoşbəxt olması üçün nə lazım ola bilər? Gözəl ev, bahalı maşın, geyimlər, daş-qaş, çoxlu pul - bunların hamısı insanı xoşbəxt edən amillərdir. Amma, məsələn, əgər sən sağalmaz xəstəliyə tutulmusansa, yuxarıda sadaladıqlarımın heç biri səni xoşbəxt edə bilməz.
 
AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova sosial şəbəkədə paylaşıb.
 
Sənətçi qeyd edib ki, xoşbəxtlik pulla ölçülmür:
 
Doğma hesab etdiyin biri sənə xəyanət edirsə, onda heç nəyin sənin gözündə dəyəri qalmır. Yaxud, Allah eləməsin, fərsiz və bivec övladın varsa, səni yenə də var-dövlət sevindirə bilməz. Uzun sözün qısası - əsl xoşbəxtlik və xoşbəxt keçən anlar, əslində, pulla alına bilməyənlərdir.
 
Həqiqi xoşbəxtlik övladlarının sağlam, sevdiklərinin sağ-salamat sənin yanında olduğunu bilmək, ən böyük səadət övladlarının gözünün içinə qürurla baxa bilmək, şərəflə, ismətlə, mərdi-mərdanə, dürüst şəkildə, alnıaçıq, üzüağ ömür sürməkdir. Heç kəsin haqqını yemədən, qəlbini qırmadan, şər atmadan... Yalnız bundan sonra, demək olar ki, mən həqiqətən xoşbəxtəm".
 



OXŞAR XƏBƏRLƏR