Elnarə Rzayeva sosial şəbəkədə yayılan yazışması haqda danışdı: "Mən də dilə düşdüm"

SOSİAL
14:58 15.05.2018
10095
Kosmetoloq Elnarə Rzayevanın öz səhifəsində öz adından yazılan şərh sosial şəbəkədə müzakirələrə səbəb olub.
 
AZXEBER.COM-un məlumatına görə, o, yanlışlıqla öz profilindən özünü tərifləyib. "Elnarə xanım olmasa, mənim anam indi həyatını itirmişdi. Allah sizlədir” İzləyicilər isə ona "Deyəsən, başqa profildən yazmaq istəmisiniz, amma səhv alınıb” sözlərini yazıb. E.Rzayevanın bu paylaşımı sosial səhifələrdə yayılaraq, tənqid edilib.
 
Elnarə Rzayeva məsələ ilə bağlı AZXEBER.COM-a açıqlama verib. O deyib ki, şərhi işçisi yazıb və bu səbəbdən anlaşılmazlıq yaranıb: "Bu sadəcə işçimin səhvi nəticəsində olan hadisədir. Mənim rəsmi "instagram" səhvimi işlədən qız pasientlərimdən birinin yazdığı şərhi mənə göndərmək istəyərkən belə səhvə yol verib. O qızın təcrübəsi azdır, işə yaxşı bələd deyil, "direct"ə gələn mesajları mənə bildirir. O da yanlışlığa yol verib və mənə göndərməli olduğu mesajı səhvən şərhə qoyub. Burada şişirdiləsi bir şey yoxdur, mənə atmaq istədiyi ora yerləşdirib, mən də dilə düşdüm (gülür)
 
Kosmetoloq həmçinin deyib ki, bu yaxınlarda Türkiyədən gəlib və orada bir neçə televiziya kanalında qonaq olub: "Mən uğur qazandıqca, daha çox sevildikcə bu kimlərisə narahat edir. Anlamıram ki, bəzi insanlar nəyə görə mənim uğurlarımı həzm edə bilmirlər. Onlara məsləhətim odur ki, oturub mənə gələn şərhləri güdməkdənsə, özləri də ortaya iş qoysunlar. Mənə gün ərzində 100-dən çox insan müraciət edir, mənim özümü tərifləməyə ehtiyacım yoxdur, mənim işlərim göz önündədir və hər şeyi hamıdan yaxşı mənim pasientlərim bilir"
 

OXŞAR XƏBƏRLƏR