Elnur Aslanov: 'Azərbaycan gəncliyi İrana haqlı olaraq etirazını bildirir'

Elnur Aslanov:
Bütün Xəbərlər
16:46 12.05.2012
1580
Azərbaycan gəncliyi İrana haqlı olaraq etirazını bildirir. AZXEBER.COM-un məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirib."İranın Azərbaycanın daxili işlərinə qarışması xoşagələn hal deyil. Azərbaycan özü heç bir dövlətin, ələxüsus qonşu dövlətin daxili işlərinə qarışmır", - Aslanov deyib.Onun sözlərinə görə, Azərbaycan bütün dünya subyektləri ilə bərabərhüquqlu və əməkdaşlıq ruhu çərçivəsində münasibətlərin qurulmasının tərəfdarıdır."Bu baxımdan, gənclərin keçirdiyi aksiya İranın bəzi dairələrinin ortaya atdığı fikirlərə reaksiyası idi", - PA rəsmisi qeyd edib.Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]/* */
OXŞAR XƏBƏRLƏR