Elnur Aslanov: ''Eurovision' əleyhinə yönələn kampaniya heç bir çərçivəyə sığmır'

Elnur Aslanov:
Bütün Xəbərlər
20:56 26.05.2012
1446
Siyasi idarəetmə modelinin zorla Azərbaycana qəbul etdirilməsi üzrə bütün mümkün cəhdlər əvvəlcədən uğursuzluğa düçar olmağa məhkumdurlar. AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin rəhbəri Elnur Aslanov 1news-a deyib. “Artıq ölkə siyasi baxımdan formalaşıb və sabitliyin pozulması və ya ölkənin imicinə zərbə vurulması cəhdlərinə yönəlmiş istənilən xarici hərəkətlər təbii və tamamilə əsaslanmış ictimai müqavimətlə qarşılaşacaq”. Onun sözlərinə görə, “Eurovision” müsabiqəsinin siyasiləşdirilməsi cəhdləri şəxsi maliyyə maraqlarını milli maraqlardan üstün tutan azsaylı şəxslər qrupunun vasitəsilə həyata keçirilir. “Musiqi müsabiqəsindən şəxsi məqsədlərdə istifadə etməyə çalışanlar nə barədə danışırlar? Onlar, evlərin sökülməsi və köçürülmə zamanı hüquqları pozulmuş ola biləcək bir neçə vətəndaşdan istifadə edərək, sonradan kənardan qrantlar və maliyyə dəstəyinin alınması üçün ölkənin imicinə zərbə vurmağa çalışırlar. Bu zaman, on minlərlə insanın köçürülməsi zamanı ola bilsin bu və ya digər şəxslərin günahı səbəbindən bəzi məsələlərə sonadək baxılmaması və ya nəzərə alınmamasını tamamilə təbii qəbul etmək lazımdır. Belə məsələlər hakim strukturlar və köçürülən vətəndaşların dialoqu vasitəsilə asanlıqla həllini tapa bilər. Lakin kimsə yalnız şəxsi merkantil maraqlarının ödənilməsi məqsədilə “demokratiya naminə oxumağa” çalışırsa, bağışlayın məni, amma bu ən azından əxlaqsız bir hərəkətdir” – deyə, E.Aslanov hesab edir. “Şübhəsiz, “Eurovision”u qəbul edərkən, həm biz ölkə, onun qonaqpərvərliyi, inkişaf səviyyəsi, dünyəvi ictimai həyatı haqqında müsbət rəylər, həm də hələlik öz həllini tapmamış bəzi məsələlərin tənqidi ilə qarşılaşacağımızı gözəl anlayırdıq” – deyə, E.Aslanov bildirib. Onun sözlərinə görə, ölkənin balanslaşdırılmış və praqmatik xarici siyasət aparmasına baxmayaraq, şəxsi oyun qaydalarını Azərbaycana yeritməyə çalışan qüvvələr var. “Biz dəfələrlə açıq şəkildə bəyan etmişik ki, ölkəmiz dünyəvi və demokratikdir və bu yoldan dönməyəcək. Azərbaycan öz xarici siyasətində regionun heç kimin forpostu olmadan, müstəqil xətt yürüdən nadir dövlətlərindən biridir”, – deyə, E.Aslanov bildirib. O qeyd edib ki, ölkədə siyasi islahatlar iqtisadi islahatlarla paralel olaraq aparılır, Azərbaycanın demokratik inkişafı isə cəmiyyətdə mərhələli şəkildə baş verən sosial-iqtisadi dəyişikliklərə uyğundur. “Cəmiyyətin uğurlu və effektiv transformasiyasının əsası onun təkmilləşə bilən olmasındadır”, - deyə, E.Aslanov hesab edir. Tez-tez İran KİV-lərində Azərbaycanın coğrafi adlarının təhrif olunduğunu eşitmək mümkündür ki, bu da Elnur Aslanovun fikrincə, ölkəmizə qarşı qərəzli mövqe tutulması haqqında düşünməyə vadar edir.
OXŞAR XƏBƏRLƏR