Müxtəlif hesabatlar, vizual qrafalar, cəmlənmiş və ümumiləşdirilmiş xəbər axını müasir dövrümüzdə gözlənilən təzahürlərdir.
İlk baxışdan məxsusi olaraq pis niyyət görünmür:
Hesabatlarda ağ və ya qara, yaxşı yaxud pis, demokratik və ya qeyri-demokratik və sair kimi aparılan hərtərəfli müqayisələr guya sadə baxışların formalaşdırılmasına kömək edir. Nəzəri cəhətdən, bu kimi sadələşdirilmiş universal müqayisələr “hüdudsuzluğu əhatə etməyə” və ya lazım olanı göstərməyə kömək edir.
Lakin belə müqayisələrin prinsip və miqyası tədqiqatçıların diqqətini müqayisə olunan obyektlərin çox məhdud sayda təqdim olunan parametrlərini cəmləşdirməyə istər-istəməz məcbur edir.
Nəticədə isə adi insan hər şey haqqında lazım olandan az bir şey öyrənir ki, universal müqayisələrdən elə bunu gözləmək olar. Bütün bunları maksimum etməyin metodologiyası isə sadədir. Bunun üçün yalnız çoxsaylı məlumatlardan istifadə etmək və yaxud göstəriciləri müəyyən şəkildə keyfiyyətli şifrələmək lazımdır. Və burada artıq məsələnin mahiyyətinə keçmək lazımdır.
1941-ci ildə təsis edilən və ABŞ-da yerləşən “Freedom House” Beynəlxalq Hüquq Təşkilatı həm ümumilikdə dünyada, həm də ayrıca bölgə və ölkələrdə insan haqları və azadlıqlarının vəziyyətinə dair hesabatlar dərc edərkən məhz həmin üsuldan istifadə edir.
Misal üçün, mətbuatdakı materiallar, qeyri-hökumət təşkilatları, tədqiqat mərkəzlərinin təqdim etdiyi məlumatlar və sosioloji sorğulardan yararlanan analitik və elmi məsləhətçilərin təqdim etdiyi sistemləşdirilmiş və ümumiləşdirilmiş faktlar yığını prinsipindən tez-tez istifadə edir.
Həmin təşkilatın hesabatında qeyd olunduğu kimi, “məsləhətçilər – tanınmış, nüfuz sahibləri tərəfindən tövsiyə olunan region və ya ölkələr üzrə mütəxəssislərdir”.
Qeyd edim ki, məhz məsləhətçilər, ekspertlər və bütün koqortanın adları adətən açıqlanmır. Yəni istisna olunmur ki, bir tərəfin fikrinə görə “ekspert” olan şəxs reallıqda mama-ginekoloq və ya heç də “tanınmış nüfuz sahibi” kimi yox, sadəcə yerli istifadə üçün nəzərdə tutulmuş analitik ola bilər.
“Tədqiqatçılar qrupu hesabatların hazırlanması üçün müxtəlif mənbələrdən, eləcə də, qeyri-hökumət təşkilatları, beynəlxalq maliyyə müəssisələri və digər beynələlxalq təşkilatlardan, yerli qəzet və jurnallardan əldə olunan informasiyalar, həmçinin dövlət təşkilatlarından alınan məlumatlardan istifadə edirlər”.Təşkilatın hər bir hesabatında öz əksini tapan, istifadə olunan ehtiyat toplusunun bu qədər təsirli olmasına baxmayaraq, ilkin qiymətləndirməni sözügedən hesabatların müəllifləri aparırlar. Daha sonra nəticələri “Freedom House”un regional məsləhətçiləri və təşkilatın son olaraq reytinqlərə düzəliş etmək hüququ olan öz əməkdaşları nəzərdən keçirir.
Axı istənilən ekspert qiymətləndirmələrində əsas sual Qriboyedovun “Ağıldan bəla” əsərində deyildiyi kimi – “Bəs hakimlər kimdir?” sualıdır..
“Freedom House” təşkilatının emprik tədqiqat üsulunu Harvard Universitetinin məzunu, sonradan Vaşinqton Universitetinin müəllimi Raymond Qastilin 1972-ci ildə hazırladığını qeyd etməmək olmaz. Bununla belə, 40 il keçsə də (!) hər gün bu qiymətləndirmə üsulundan istifadə ədalətliliyi, habelə adi savadlılığına dair mübahisələr səngimək bilmir.
Politoloqların bir hissəsi (Qastil də daxil olmaqla) azadlıq və demokratiya səviyyəsi göstəriciləri arasında paralel aparır, digərləri isə dövlətin real demokratiklik səviyyəsinin qiymətləndirilməsi üçün azadlıq səviyyəsi göstəricilərini formal demokratiya göstəricilərinə (institusional və prosessual) əlavə kimi nəzərdən keçirirlər.
Niyyət isə belədir - ayrı-ayrı ölkələrdə vəziyyətin kompleks təhlili və qiymətləndirilməsi zərurətini nəzərə alaraq obyektiv elmi təhlili əldə etmək üçün vahid “dayaq nöqtəsi” yaratmaq lazımdır. Çünki hər hansı digər yanaşma tarixi konteksə qarşı şüurlu etinasızlığa, müxtəlif ölkələrin siyasi, iqtisadi, hüquqi, sosial və mədəni xüsusiyyətlərinin nəzərə alınmamasına gətirib çıxara bilər.Bu hər şeydən əvvəl milli xüsusiyyətlərin nəzərə alınmasına imkan verməyən bir ölçülü müqayisəyə aiddir. Hamıya məlumdur ki, ekspert qiymətləndirmələri əsasında tərtib olunan reytinqlər həmişə özündə subyektivliyi əks etdirir - ekspert texnologiyalarına məxsus bu kimi çatışmazlıqlar məsələlərin formulu ilə daha da dərinləşir.
Məsələn, ekspertlər üçün sorğu vərəqəsinə müraciət etməklə növbəti suallarla tanış olmaq olar:
“Ölkənin hökumət sistemi demokratikdirmi?”, “Ölkənin hökumət sistemi stabildirmi?”, “Hakimiyyət insanların gizli səsvermə üsulu ilə keçirilən müntəzəm, azad və ədalətıli seçkilər yolu ilə ifadə etdikləri ümumi və bərabər seçki hüququ və iradəsinə söykənirmi?”, “Nüfuzlu qrupların (hərbi, xarici qüvvələr, totalitar partiyalar, dini iyerarxiyalar və (yaxud) iqtisadi oliqarxlar) bu və ya digər maraqları insanların seçimlərinə təsir göstərirmi?” və s.Bu suallara cavab verərərkən, məlum məsələdir ki, “azadlıq”, “düzlük” və “ədalətlilik” anlayışlarının izahı təkcə ekspertin bilik səviyyəsindən deyil, həmçinin onun siyasi baxışlarından və dəyərlər sistemindən asılıdır ki, bu da vəziyyətin qiymətləndirilməsində birmənalı olaraq qeyri-obyektivlik yarada bilər.
Bundan əlavə, məsləhətçi-tədqiqatçıların obyektiv göstəricilərə lazımi istinadsız, şəxsi fikirlərinə əsaslanan bu kimi reytinqlərə ayırma, reytinqin həddindən artıq sadələşdirilməsinə və ideolojiləşdirilməsinə gətirib çıxara (tez-tez gətirib çıxarır) bilər.
Hüquq-müdafiə təşkilatlarının bu kimi hesabatlarda qeyd olunan çatışmazlıqlarını bir çoxları belə layihələrin “soyuq müharibə”nin qızğın çağlarında “həmin” dünyanın şərtlərinə uyğunlaşması olaraq ortaya çıxması ilə izah edirlər.
Lakin hazırki halda da sual yaranır ki, birmənalı, bəzən də Trumenin doktrinası və ya Corc Kennanın “uzun teleqramı” dövründən qalmış hesabatlarda kim maraqlıdır?
Ona görə, istisna edilmir ki, böhran mümkün sponsorlardan çətin qlobal maliyyə böhranı şəraitində “bir parça çörək” qopartmağa çalışan “Freedom House”a da təsir göstərib.
Son illər ərzində “Freedom House” üçün ərazi bütövlüyü və sərhədlərin sarsılmazlığı prinsipi anlayışının olmaması və təşkilatın Azərbaycanın öz qanuni əraziləri üzərində suverenliyini əməli olaraq şübhə altına alınması faktları daha çox sual yaratdıqca biz hansı obyektivlikdən danışa bilərik?
Bu aspektdə, əlbəttə ki, öz sazişçilik mövqeləri ilə Roma Papasından da böyük katolik olmağa çalışan kobud analitik və məsləhətçiləri görmək maraqlı olardı.
“Freedom House”un layihə metodologiyasının guya dövri olaraq xüsusi komitə tərəfindən nəzərdən keçirildiyini idda etməsinə baxmayaraq dövlət və ərazilərin hələ Qastil tərəfindən tətbiq edildiyi kimi “azad”, “qismən azad” və “qeyri-azad” dərəcələrinə bölünməsi olduğu kimi qalıb.
Sual yaranır ki, bizim vaxtımızda 40 il əvvəl hazırlanan xətkeşdən istifadə məntiqə uyğundurmu? Bir çox elmi tədqiqatlar təsdiq edir ki, bu “3 etiket”li sistem iki blokun qarşıdurma vəziyyətinə uyğun olaraq hazırlanıb.
Bu cür bölgü hərbi sistemlərin ölkələrin aydın mövqeyini ifadə edən “bizimki”, “yad” və “bitərəf” fəlsəfəsini xatırladır.Çoxqütblü dünyada yer kürəsi əhalisinin böyük hissəsinin XX əsrin ideoloji klişesində yaşayan, sosialist və kapitalist dünyalarının sərt geosiyasi qarşıdurmalar dövrlərini xatırladan, ayrıca təşkilatların birtərəfli və məhdud hesabatlarına daha etibar etmədiyi bir halda “Freedom House”un hesabatı kimə və nəyə lazımdır.Yaxın Şərqdə və bir sıra ölkələrdən baş verən hadisələr sübut etdi ki, hər bir transformasiya milli xüsusiyyətlərin, mədəniyyətin və ən əsası nəsil dəyişikliyinin öyrənilməsini tələb edir. Ona görə ki, təkamül transformasiyası müstəsna olaraq cəmiyyəti stabil və dayanıqlı inkişafa gətirib çıxara bilər.
Bunun əksi olaraq Misir, Liviya və indiki halda Suriyanın aqibətini görürük. “Freedom House”un Vaşinqtonda baş qərərgahındakı ofis planktonu artıq anlamalıdır ki, zaman dəyişir. Müvafiq olaraq, xüsusiyyət, metodologiya və dünyaya baxışları artıq dəyişməkzamanıdır. …
Lakin nə qədər qəribə və bayağı olsa da, deyəsən sifariş hələ də başqa cürdür …
Elnur AslanovAzərbaycan Prezidenti Administrasiyasısiyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri