Elnur Aslanov: 'Qarabağ məsələsində ABŞ-ın Azərbaycana daha fəal dəstəyini istəyirik'

Elnur Aslanov:
Bütün Xəbərlər
11:30 19.10.2012
966
“Dağlıq Qarabağ məsələsində ABŞ-ın Azərbaycana daha fəal şəkildə dəstək verməsini istəyirik”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycan Prezident Administrasiyası siyasi təhlil və informasiya təminatı şöbəsinin rəhbəri Elnur Aslanov verib. Onun sözlərinə görə, son zamanlar ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəaliyyətində passivlik hiss olunur: “Biz ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində daha fəal olmasını, işğalçını öz adı ilə çağırmasını, Azərbaycan torpaqlarının yaxın zamanlarda erməni işğalından azad edilməsinə nail olmasını istəyirik”.
OXŞAR XƏBƏRLƏR