Elnur Aslanov: ‘SAM Azərbaycanın bütün dünyada təbliğinə xidmət edir’

Elnur Aslanov: ‘SAM Azərbaycanın bütün dünyada təbliğinə xidmət edir’
Bütün Xəbərlər
00:00 04.12.2012
1369

Bu gün Azərbaycan Prezidenti yanında Strateji Araşdırma Mərkəzinin yaradılmasının 5 illiyi münasibətilə tədbir keçirilib.

Tədbirdə millət vəkilləri, media qurumlarının rəhbərləri, ictimai təşkilatların nümayəndələri, diplomatik korpusun təmsilçiləri iştirak ediblər.

Tədbirdə SAM-ın fəaliyyəti haqqında geniş məlumat verilib, qurumun peşəkar araşdırmalar apardığı, müxtəlif layihələr həyətə keçirdiyi, beynəlxalq səviyyədə əməkdaşlıq əlaqələri qurduğu vurğulanıb. Ötən dövr ərzində SAM dünyanın 17 nüfuzlu beyin mərkəzi ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

Yaxın gələcəkdə əlaqələrin coğrafiyasının daha da  genişləndirilməsi nəzərdə tutulub. Tədbirdə qeyd olunub ki, bu günədək SAM-ın dəvəti ilə 53 ölkədən 220-dən artıq dövlət xadimləri, ekspertlər bu təşkilatının tədbirlərdə iştirak ediblər.

Tədbirdə çıxış edən SAM-ın direktoru Fərhad Məmmədov qurumun fəaliyyətini getdikcə genişləndirdiyini deyib: “Prezidentin göstərdiyi etimada əsaslanaraq gələcəyə inamla baxırıq. Bizim həm maddi texniki bazamız, həm də insan resurslarımız mövcuddur ki, bu da üzərimizə düşən işləri keyfiyyətlə yerinə yetirməyə imkan verir”.

Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov qeyd edib ki, Strateji Araşdırmalar Mərkəzinin yaradılması zamanın tələbi idi və artıq atılan bu addımın real nəticələri görünür:

“Strateji Araşdırmalar Mərkəzi Azərbaycanın bütün dünyada təbliğinə xidmət edir. Mərkəzin adı gələndə həm şimalda, həm şərqdə, həm qərbdə Azərbaycanın işlək beyin mərkəzi olduğunu deyirlər.  SAM çoxsaylı fəaliyyət istiqamətləri ilə dövlət siyasətin formalaşmasında öz sözünü deyib”. Elnur Aslanov mərkəzin kollektivinin böyük elmi potensialının olduğunu vurğulayıb.

Tədbirdə Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin fəaliyyətində rolu olan, həmçinin bu təşkilatla yaxından əməkdaşlıq edən bir qrup şəxsə mükafat təqdim olunub. Mükafat təqdim olunan şəxslər arasında APA Holdinqin prezidenti Vüsalə Mahirqızı, Türkiyənin Azərbaycandakı səfiri İsmail Alpər Coşqun, Azərbaycan Diplomatik Akademiyasının prorektoru Fariz İsmayılzadə, Milli Məclisin deputatları Ziyad Səmədzadə, Səməd Seyidov, Asim Mollazadə, Rasim Musabəyov, ATİB sədri Camal Yanğın da var.

  //1news.az

OXŞAR XƏBƏRLƏR