Elnur Hüseynov Türkiyənin ən reytinqli seriallarından birinə çəkiləcək

Elnur Hüseynov Türkiyənin ən reytinqli seriallarından birinə çəkiləcək
Bütün Xəbərlər
16:08 09.12.2014
7483

“O səs Türkiyə” müsabiqəsində ifası ilə hər kəsi heyran edən müğənni Elnur Hüseynov qardaş ölkədə özünü aktyor kimi sınayacaq. 

AZXEBER.COM Bakupost.az-a istinadən xəbər verir ki, ifaçı 2013-cü ildən Türkiyənin "Star TV" telekanalında yayımlanan və çox məşhur olan “Medcezir” serialından gələn təklifi artıq qəbul etdiyini bildirib: 

 “Yaxın günlərdə serialın çəkilişlərinə başlayacağam. İlk xəbəri sizə dedim. Təəssüf ki, daha ətraflı məlumat verə  bilməyəcəyəm. Onu da deyim ki, qardaş ölkədə bir sıra layihələr həyata keçirmək, nəinki Türkiyədə, Avropada tanınmaq istəyirəm”.

OXŞAR XƏBƏRLƏR