27 avqust 2026-cı il tarixində Prezident Kitabxanasının İncəsənət ədəbiyyatı zalında Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi gününə həsr olunmuş "Milli Musiqi İrsi və Mənəvi Dəyərlər Missiyası Prezident Kitabxanasında” adlı tədbir keçirilib.
AZXEBER.COM xəbər verir ki, tədbirdə tanınmış müğənni Elnur Məmmədovun "Azərbaycan qadını" layihəsi yeni təqdimatda nümayiş etdirilib.
Nizami rayon Mədəniyyət Mərkəzinin direktoru Laura Quliyeva çıxışında Mərkəzin təşkilatçılığı ilə "Vətənə açılan kiçik ürəklər” layihəsi çərçivəsində təqdim olunan və böyük maraqla qarşılanan "Azərbaycan qadını” mahnısının ərsəyə gəlmə tarixi və yaradıcılıq prosesi barədə ətraflı məlumat verib.
Tədbirdə bildirib ki, Elnur Məmmədovun "Azərbaycan qadını" layihəsi ilk dəfə 2009-cu ildə təqdim edilib, indi isə eşitmə məhdudiyyətli uşaqlar ilə birgə ərsəyə gətirib. Yeni layihənin təşəbbüskarı Laura Quliyeva olub.
Qeyd edək ki, musiqinin müəllifi Aynur Adilqızı, sözləri Leyla Erola məxsusdur.
Qeyd edək ki, Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü münasibətilə həmin mahnıya çəkilmiş videoçarx ilk dəfə məhz Prezident Kitabxanasında təqdim olunub. Ardınca əsər müğənni Elnur Məmmədov və 3 nömrəli İnternat tipli xüsusi ümumtəhsil məktəbinin şagirdlərinin təqdimatında səsləndirilib.
Klipdə internat məktəbinin şagirdləri Ömər Cəbrayılzadə, Sevinc Qəribova, Nilufər Xanməmmədova, Zəhra Orucova
Yaqub Əlili, Miryusif Rəhimli, Yusif Mustafalı, Duyğu Musayeva, Aytac Tağıyeva, Səma Ömərova, İnci Şirinova, Rəsul Quliyev və Amil Talıbzadə yer alıb.
Yaqub Əlili, Miryusif Rəhimli, Yusif Mustafalı, Duyğu Musayeva, Aytac Tağıyeva, Səma Ömərova, İnci Şirinova, Rəsul Quliyev və Amil Talıbzadə yer alıb.
Həmin layihəni təqdim edirik:







































