Elnur: “Müğənni Samir Cavadzadənin bıçaqladığı şəxs mənim qardaşım deyil”

Elnur: “Müğənni Samir Cavadzadənin bıçaqladığı şəxs mənim qardaşım deyil”
Bütün Xəbərlər
13:36 20.09.2011
3865
“O, fotoqrafdır, həmin şəxsin bizim ailəmizlə heç bir əlaqəsi yoxdur”“Müğənni Samir Cavadzadənin bıçaqladığı şəxs mənim qardaşım deyil”.Bunu Lent.az-a “Eurovision 2008” təmsilçimiz Elnur Hüseynov deyib. Sənətçi qardaşının olmadığını, bir bacısı olduğunu deyib. Onun sözlərinə görə, bıçaqlanan Elvin Hüseynov Samir Cavadzadə ilə işləyib: “O, fotoqrafdır. Həmin şəxsin bizim ailəmizlə heç bir əlaqəsi yoxdur”.Xatırladaq ki, bu gün səhər saatlarında Nəsimi rayonu Mirəli Qaşqay küçəsi, 32 ünvanında bıçaqlanma hadisəsi baş verib. Həmin ünvanda yaşayan Elvin Hüseynov naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.Nəsimi polisinin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxsin kimliyi müəyyənləşib. Məlum olub ki, E. Hüseynov Azərbaycanı “Eurovision”-da təmsil edən Samir Cavadzadə tərəfindən bıçaqlanıb. S. Cavadzadə saxlanılıb.Bıçaqlanan E. Hüseynovun Samir Cavadzadə ilə birgə 2008-ci ildə Azərbaycanı “Eurovision”-da təmsil edən Elnur Hüseynovun qardaşı olduğu barədə məlumat yayılmışdı.
OXŞAR XƏBƏRLƏR