Elşad Abdullayev deputat olmaq üçün bu yola da əl atıb – DAHA BİR FAKT

Elşad Abdullayev deputat olmaq üçün bu yola da əl atıb – DAHA BİR FAKT
Bütün Xəbərlər
12:29 21.01.2013
2856

Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevlə bağlı daha bir məqam ortaya çıxıb.

Bu barədə AZXEBER.COM-a artıq tarixin yaddaşına köçmüş universitetin məzunu məlumat verib. Adının açıqlanmasını istəməyən məzun bildirib ki, 2010-cu ildə deputatlığa namizədliyini irəli sürən Elşad Abdullayev özünə səs toplamaq üçün ABU-nun tələbələrindən məcburi olaraq imza toplayıb:

“O dövrdə bizə dedilər ki, rektor deputat olmaq istəyir. Onun seçkilərdə uğur əldə etməsi üçün bizim imzalarımıza ehtiyac var. Heç kəsə rektorun deputat olub-olmaması maraqlı deyildi. Ona görə hamı imza atırdı. Heç kəs bu imzaların nəyə lazım olduğunu da soruşmurdu”.

Universitetin keçmiş məzunu Elşad Abdullayevi millət vəkili kimi dəstəkləmək istəməyən tələbələrin başına gələnlərdən də danışıb. Onun sözlərinə görə həmin tələbələri universitetdən uzaqlaşdırırdılar:

“ABU-da pulsuz imtahanlardan keçmək, demək olar ki, mümkünsüz idi. Universitetdə korrupsiya baş alıb gedirdi. Belə bir vaxtda imza atmayan tələbələri imtahandan kəsməklə yanaşı, sıxma-boğmaya da salırdılar. Hətta bəzi tələbələr var ki, onlar imza atmadıqları üçün universitetdən qovuldular”.

Qeyd edək ki, ABU-nun keşmiş rektoru Elşad Abdullayev hazırda Fransada siyasi mühacir həyatı yaşayır .

OXŞAR XƏBƏRLƏR