'Elşad Abdullayev elə o vaxtlardan quyruq bulayan olub' - MÜSAHİBƏ

Bütün Xəbərlər
16:00 23.01.2013
1990

AZXEBER.COM  Gün.Az-ın həbsdə olan iş adamı Arzu Kazımovun vəkili Ramiz Zeynalovla müsahibəsini təqdim edir:

- Ramiz müəllim, mətbuatda Elşad Abdullayevlə bağlı açıqlamalarınız çıxır. Siz şəxsən onunla nə vaxtdan tanışsınız?

- Məsələ burasındadır ki, biz onunla tələbəlikdən tanışıq. E.Abdullayev elə o vaxtlardan quyruq bulayan olub, onun-bunun kölgəsinə sığınan olub. Tarix göstərdi ki, o, bu yaşa gəlib çatıb, lakin elə yenə də kiminsə quyruq bulayanı statusunda həyatını davam etdirib.

- Onun işi ilə bağlı nələri danışa bilərsiniz?

- E.Abdullayev fürsətdən, müxtəlif əlaqələrdən istifadə edərək Beynəlxalq Universitetə rektor təyin edilib. Bundan sonra özünün gizli rüşvət və korrupsiya ilə bağlı olan fəaliyyətinə başlayır.

Sonradan oğurlanan və ya öldürülən qardaşı – ona oğurlanan sərf edir, çünki o özü öldürüb – orada pul yığmaqla məşğul olub.

Daha sonra qardaşı ilə onun arasında olan problemlə əlaqədar olaraq (istintaq sirri ola biləcək hadisə olduğu üçün açıqlaya bilmirəm), qardaşı Mahir başa düşür ki, artıq universitetdə pul yığmaq işindən məhrum olacaq, onda saxlanılan 20 milyon manatı götürərək aradan qaçır.

Kürdəmirin ayrı-ayrı kəndlərində, ayrı-ayrı adamların evlərində qalmaqla qardaşının onu tapmasına imkan vermir.

Ümumiyyətlə, qayda belədir ki, adam itəndə qohum-əqrəba arasında bir-iki gün axtararlar, soruşarlar, sonradan polisə xəbər verərlər. Bunun qardaşı isə 2003-cü il oktyabrın 13-ə evə gəlməyib, bu da dərhal ayın 14-də Yasamal polis idarəsinə qardaşının itkin düşməsi ilə əlaqədar ərizə verib.

Mustafayev soyadlı təhqiqatçı 10 gün ərzində yoxlamalar aparır, qardaşının itkin düşməsi ilə əlaqədar faktlar təsdiq olunmadığına görə cinayət işinin qaldırılmasını rədd edir.

Şəhər prokurorluğunun daxili işlər orqanlarında aparılan tədqiqat və istintaqa nəzarət şöbəsinin rəisi həmin qərarı ləğv edir və adam oğurluğu faktı üzrə cinayət işi qaldırır və işi Bakı Şəhər Baş Polis İdarəsinin istintaq idarəsinə həvalə edir.

Burada istintaqdan sonra belə qərara gəlinir ki, adam oğurluğundan yox, adam öldürmədən söhbət gedir. Ona görə də əməli aidiyyəti üzrə tövsif edirlər və iş dəyişdikdən sonra verilir prokurorluğa.

- Elşad Abdullayevin ifadələri və mətbuata açıqlamaları barədə nə deyə bilərsiniz?

- Bu dövr ərzində E.Abdullayev zərərçəkmiş qismində bir neçə dəfə dindirilir. Mənə məlum olan bir dindirməsi var. Bu da təsadüf edir 15 may 2009-cu ilə.O ətraflı ifadə verərək digər qardaşı, baş prokurorluğun əməkdaşı Elsevər Abdullayevlə daxili işlər nazirinin qəbulunda olan zaman, ora nazir müavini Zahid Dünyamalıyev dəvət edilib və bu dörd nəfər arasında hərtərəfli müzakirə gedib.Buna da izah edilib ki, oğrular gec-tez əlaqəyə girəcək və bu zaman onun məlumat verməsi lazımdır. Eyni zamanda nazir elə bunun yanında göstəriş verir ki, bütün lazımi texnikanı tətbiq etməklə ailəsi və ailəsinə yaxın şəxslər nəzarətə götürülsün.Sonradan onlar detalları müzakirə etmək üçün söhbəti Zahid Dünyamalıyevin otağında davam edirlər. Və daha sonra E.Abdullayev ifadəsində göstərib ki, 100 min dolları kabinetində Z.Dünyamalıyevə verib, 500 min dollar olan çantanı isə müdafiə etdiyim Arzu Kazımovun ofisində Z.Dünyamalıyevin qarşısında stolun üstünə qoyub.Sonradan Z.Dünyamalıyev sanatoriyada müalicə alarkən, A.Kazımovun ora gedəcəyini bilmiş və çantaya 900 min dollar qoyaraq həmin çantanı Z.Dünyamalıyevə çatdırmağı xahiş edib. Yəni çantanın içində nə var, Arzu Kazımov bilmir. Belə bir ifadələr verib.Bilirsiniz ki, istər şahid, istər zərərçəkmiş şəxs istintaq zamanı dindirilməzdən əvvəl yalan ifadə vermək və ifadədən imtina etmək barədə cinayət məsuliyyəti haqqında xəbərdarlıq edilib.Məlum məsələdir ki, həmin 15 may 2009-cu il tarixli zərərçəkmiş şəxs qismində ifadəsi də Elşad Abdullayevin cinayət məsuliyyəti haqqında xəbərdar edilib.Sonra yazır ki, müəyyən dövrdən sonra mənim telefonuma zəng vurub dedilər ki, 50 min dollar pul götür gəl Zaqatalaya qardaşının sənə təhvil vermək istəyirik. Mən də 50 min pul götürdüm qardaşlarımla birlikdə mənə məxsus BMV-5 cip markalı avtomobillə getdik Kürdəmirə.Yanacaqdoldurma məntəqəsinə çatanda bizi maskalı avtomatlı şəxslər mühasirəyə aldılar və polis şöbəsinə aparıb üzərimizdə axtarış keçirdilər. Mən pulu vermədim, bizi dindirdilər, sonra özünü polis rəisinin müavini kimi təqdim edən Qabil adında şəxs dedi ki, mən sənə zəng vurub Zaqatalaya dəvət etmişəm.Deyir, “bilirsən qardaşını kim oğurlayıb?”. O cavab verib ki, yox. Həmin şəxs isə onun qardaşını elə qardaşı oğlunun oğurladığını deyib.Deyir ki, gətirib qardaşım oğlunu bizə təqdim etdilər, o isə suallarıma cavab vermədi, başını aşağı saldı.O, bunu 2009-cu ildə deyib, hadisə isə 2003-cü ildə olub. Elşad Abdullayev deyib ki, həmin hadisədən 6 il keçib, indiyə kimi həmin qardaşı oğlunun harada olması barədə heç bir məlumatı yoxdur. Nə başına gəlib, onu da bilmir. Belə bir ifadələr verib.Bildiyimizə görə, Elşad Abdullayev Azərbaycanı 2010-ci ildə tərk edib. Çox güman ki, bu, onun ya axırıncı ifadəsidir, ya da bundan sonra da dindirməsi ola bilər.Amma hər halda mən bu sahədə təcrübəli bir adam kimi deyirəm ki, əgər 2009-cu ilin 15 may tarixindəki ifadəsində başqa bir məlumat yoxdursa, deməli, əvvəllər də belə bir məlumat verməyib.Çünki o, həmin ifadəsində deyə bilərdi ki, oğrularla əlaqəsi olub, onlarla danışıb və s. Yəni bu barədə heç bir məlumat yoxdur. Orda həmçinin yazıb ki, Arzu Kazımova 500 min bir verib, 1 milyon da bir verib, 30 faizlə.O deyib ki, “bunu elə etmişəm ki, sabah sübut edə bilim ki, Arzu Kazımov məndən pul alıb”. Belə bir məsələ var, sonradan o, Azərbaycanı tərk edib və müsahibələr verir. Bilirsiniz ki, müsahibə verən zaman yalan sözlərə görə cinayət məsuliyyəti haqqında xəbərdarlıq olmur və yalan məlumatlar verə bilər.Ona görə məsuliyyət daşımır və o, yazılar yazıb aləmə car çəkir. Artıq Zahid Dünyamalıyevin adını çəkmir, verib axı, milyon yarım, amma deyir ki, 3 milyon yarım pulu Arzuya verib.Onunla arasında 3 müqavilə var və onların hər biri notariat qaydada təsdiq edilib. Bu da təsdiq odur o, bundan pul alıb.

Birincisi, Arzu Kazımovla bunu arasında cəmi bir müqavilə var, o da 1 milyona 30 faiz verməklə bağlıdır. Başqa bir müqavilə isə Arzu Kazımovla bunun dayısı, dünyasını dəyişmiş Sabir Hüseynov arasındadır.Deməli, Arzu Kazımov ilk gündən ifadə verir ki, 500 min dollarlıq Sabir Hüseynovla imzalanmış müqavilənin pulunu bu verib, amma dayısına imza atdırdı ki, bilinməsin pul bunundur. Belə danışmışdıq ki, mən Cavadzadənin klinikasının yanındakı yeni binanın axırıncı mərtəbəsindəki 411 kvadrat metrlik evi almaq üçün verib. Həmin müqavilə bir ay müddətinə bağlanıb.Bir ay müddətində o deyirdi ki, Təhsil Nazirliyində Beynəlxalq Universitetlə bağlı məsələ həll ediləcək və bunu həll edən adamın şəxsiyyət vəsiqəsini verəcəm ki, ev onun adına yazılsın və ona hədiyyə edilsin.Bir ay müddət bitdikdən sonra bu pulunu tələb etmir. Əksinə, Arzu Kazımov deyir ki, gəl pulunu apar, ya da sənədini ver, pulu kassaya vurum.O mənzili istəyənlər var, mən nə deyim camaata. Mən bu pulu realizə edə bilmirəm, çünki demisən saxla, birdən qardaşımın oğurluğu ilə bağlı pul lazım olsa, bunu səndən götürüb, bir ay müddətinə istifadə edərəm, sən mənzili saxla.Sonra pulu qaytaracam. Dəfələrlə bu söhbətlər olub, bu da sabah sabaha salır. Hər iki müqavilə o videolarda göstərildiyi kimi deyil.Hər iki müqavilənin notariat qaydada təsdiqi yoxdur. Bu aralarında bağlanıb və o, müqavilələri Elşad Abdullayev özü hazırlayıb.Həmin müqaviləni insanları imzalayan insanların şəxsiyyət vəsiqələrinin məlumatlarını öz xətti ilə yazıb. Həm özü, həm də Sabir Hüseynovla olan müqaviləni.İstintaqda üçüncü müqavilə var ortada. Orada həmin müqavilələrdə nəzərdə tutulan 1 milyon yarım və 1 milyonun 30 faizini, yəni ümumilikdə 1 milyon 800 minin Arzu Kazımovun qardaşı Nizami Kazımova məxsus firmanın balansında olan Suraxanı dairəsində yerləşən Sabunçu rayonu ərazisi sayılan 2 hektar 20 sot torpaq və mebel taxta sexi və avadanlığı ilə birlikdə beştərəfli müqavilə ilə həmin 1 milyon 800 min, yəni 30 faiz əlavə olunmaqla əvəzləmə müqaviləsi hazırlanıb və 1 saylı dövlət notariat kontorunda təsdiq edilib.Onun özü tərəfindən hazırlanan müqavilənin axırıncı bəndində yazıb ki, bu müqavilə üzrə olan müqavilənin predmeti barədə mübahisələr ola bilməz və hər hansı məhkəməyə müraciət etmək olmaz.Notarius da buna etiraz edib. Deyilib ki, bu Mülki Məcəlləyə ziddir. Tərəflər razı olandan sonra isə notarius onu təsdiqləyib.Həmin beş nəfərdən ikisi şirkətin rəhbəri Arzu Kazımov və qardaşıdır, Sabir Hüseynov, Elşad Abdullayev və Elşadın qayınatası akademik Hüseyn Əhmədovdur.Bu, 2004-cü ildə baş verib. Amma sonra proseslər başlayanda o deyib ki, bunları ona görə etmişəm ki, həmin insana pul verdiyimi təsdiqləyə bilim. Sonra da deyir ki, Arzu Kazımova 3 milyon pul verib və Zahid Dünyamalıyevin adını çəkmir.Axı əvvəlki ifadəsində deyib ki, 1,5 milyon verib və bunu təsdiq etmək üçün müqavilələr var. Əgər 3 milyon vermisənsə, onda bunu təsdiq etmək üçün milyon yarımlıq müqavilələr niyə bağlayırdın.9 il müddətində, yəni 2003-cü ildən bəri verdiyi ifadələrdə, yazdığı məlumatlarda həmişə bildirib ki, Zahid Dünyamalıyev və Arzu Kazımov ona deyirmiş ki, qardaşını sabah verəcəyik, sabah tapacağıq. Amma bir iş görmürdülər, münasibətlər pozulmuşdu və s.- E.Abdullayev bildirib ki, telefonda qardaşının səsini eşidib və ona işgəncələr verilib. Siz bunu necə şərh edərsiniz?- O deyir ki, Zahid və Arzu ondan pulu almaq üçün qardaşı ilə bunu arasında iki dəfə telefon əlaqəsi yaradıblar.Telefon danışığında qardaşına işgəncə verilməsinin biləndən sonra onlara 3 milyon pulu verib. Yəni cinayət məsuliyyəti haqqında xəbərdarlıq olunan ifadələrin heç birində, bu 9 ildə nə ərizəsində, nə şikayətində belə məlumat var.2005-ci ildə deputatlığa namizəd olub, əgər dediyi kimi iki dəfə telefon əlaqəsi olubsa, sənin telefonuna zəng ediblər də. Sən o barədə Prezidentə, istintaqa müraciət edəydin. Sorğu verib, o telefon nömrəsini tapıb və oğruları cinayət məsuliyyətinə cəlb edəydilər.Deməli, sən qardaşının oğurlanmasından istifadə etmisən ki, qardaşının səndən oğurladığı pulların ortaya çıxması üçün qaynatasından və qohumlarından pul yığasan.Deyir ki, bibimin qızından 300 min, xalamdan 500 min aldım, onlar hamısı adi fəhlə adamlardır. Onların 300, 500 mini haradandır. Yəni bu universitetdən rüşvətxorluq, korrupsiya ilə yığdığı pulları onun-bunun adına yazır. Bütün Azərbaycan bilirdi ki, bu universitet korrupsiya yuvasıdır.

Biz də məsələ qaldırmışıq ki, onlar hamısı dindirilsin, maliyyə mənbələri aydınlaşsın.Son müsahibələrində yazır ki, guya mütəşəkkil cinayət dəstə var, MTN-nin 4-cü idarəsi var, Gülər Əhmədova, Sevinc Babayeva, Rövşanə Əliyeva, Arzu Kazımov hamısı o idarənin əməkdaşlarıdır.Bunlar adam oğurluğu ilə məşğul olurlar və dəstənin xəzinədarı mənim müdafiəm altında olan Kazımovdur. Əlbəttə, bu, absurd iddiadır. Mütəşəkkil cinayət dəstənin əmələ gəlməsi qanunla qadağandır. İkincisi, mən bilmirəm 4-cü idarə var, ya yox. Əgər belə idarə varsa, o idarə ancaq MTN rəhbərinə tabe ola bilər.- Gizli videoları çəkməkdə onun məqsədi nə idi?- Qardaşı pul oğurlayıb qaçandan və öldürüləndən sonra bu universitetin bağlanmaması və qardaşının özü tərəfindən öldürülməsinin üstü açılanda, özünü sığortalamaq üçün bu, 2003-cü ildən təhdidlərə başlayıb.O, dona girərək bu və ya digər adamları kabinetə dəvət edib, gizli çəkilişlər aparır ki, gələcəkdə qətl açılanda desin ki, qardaşının öldürülməsindən xəbəri yoxdur, onun oğurlanmasını bilib və ona görə də tədbirlər görürdüm.Əgər özüm öldürmüşdümsə, niyə tədbirlər görürdüm, pul verirdim. Çəkilişlər ona görə aparılıb.Qardaşı pulları oğurlayıb qaçandan sonra bu elə başa düşüb ki, pullar onun qayınatasındadır. Onunla əlaqədar qardaşının öldürülmə faktı ilə bağlı bir videoyazısı yoxdur. Amma hər yerdə deyir ki, qardaşını oğurlayıblar. Axı bilir ki, qardaşının öldürülmə faktı üzrə cinayət işi gedir. Bunu məqsədli şəkildə gizlədir.

Çünki Mahirin qayınatası deyir ki, mən var-yoxdan çıxmışam, daha verməyə pulum yoxdur. Hətta bağımı da satmışam. Bu da deyir ki, mən 3-4 dəfə artıq vermişəm. Bu o dəqiqə söhbəti kəsir, qoymur pulu açıqlasın.Təsəvvür edin, faktiki, Mahir Abdullayev qayınatası üçün qan doğması deyil. Amma o həmin çəkilişdə daha aktivdir, kürəkəninin axtarılıb tapılmasında, nəinki bunun qardaşı.

Ağsaqqal deyir ki, mən tanınmış adamam, Heydər Əliyevi dəstəkləyib həmişə, onunla salamı olub, şəkilləri var, onlardan xahiş etsəm bu məsələni həll edərlər.

Arzu Kazımov da deyir ki, gedin, bir var bizim səviyyədə, bir də var yüksək səviyyədə məsələnin araşdırılması. Belə olsa, 2 dəqiqəyə həqiqət ortaya çıxacaq.Mahirin qayınatası ağıllı və güclü məntiqə malikdir. O, Arzudan soruşur ki, bu işdə marağın nədir. Arzu isə bildirir ki, bununla dostdur. Həmin anda Elşad Abdullayev deyir ki, mənim dostumdur, kömək edir qardaşımı tapmaqda. Yenə də qoymur dialoq getsin, pul məsələsi ortaya çıxsın.

İkisi tək qalanda Arzu Kazımov deyir ki, əgər qardaşının tapılması üçün pula ehtiyac varsa, iki milyon da mən verərəm. Əgər pul alıbsa ondan, o zaman iki milyon nəyə görə təklif edirdi? Dostudur da ona görə edir. Bunlar hamısı faktlardır.- E.Abdullayev müsahibələrdə yüksək dövlət vəzifəsi tutan müxtəlif insanların adını çəkir. Bunu etməkdə məqsədi nədir?- O deyir ki, MTN-nin 4 generalı, 10 polkovniki, DİN-in 2-3 müavini, 3-4 polkovniki, Arzu Kazımov, Rövşanə və s. bu işdə iştirak ediblər. Bunların hamısını sxemdə göstərir.O, 30-40 nəfərin onun qardaşının oğurlanmasında bu və ya digər dərəcədə iştirak etdiyini iddia edir.Onun müxtəlif vəzifəli şəxslərin adlarını çəkməkdə məqsədi ancaq siyasi hakimiyyəti şantaj etməkdir.Məsələnin digər tərəfi bundadır ki, bunu danışdıran qrup 2010-cu ildə bunun rüşvət və korrupsiya ilə bağlı cinayət işinin qaldırılmasının qarşısını aldıqdan sonra ölkəni tərk etməsini təşkil edib. Bu Moskvaya və oradan Fransaya getdi.Fransada onunla MTN-nin keçmiş podpolkovniki Ramin Nağıyev arasında iş birliyi yaradıb. R.Nağıyev 15 min avroya bunun işlərini boynuna götürüb. Hər iki şəxsi mən gözəl tanıyıram. Onu cinayət işi ilə bağlı gizlətmə məsələlərinə görə işdən azad etdilər.- Sizcə, Elşad Abdullayevi danışdıran hansı qrupdur?- Müəyyən qrupdur. Hesab edirəm ki, bu məsələlər yaradılan istintaq qrupunun işidir. Mən də həmin iş üzrə Arzu Kazımovun müdafiəsini həyata keçirirəm. İşin obyektiv aparılması üçün maraqlı olan şəxsdir. Hesab edirəm ki, bu barədə mən məlumat vermək səlahiyyətində olan şəxs deyiləm.İstintaqa hər cür kömək etməyə hazırıq və özümüzün səmimi ifadələrimizlə bunu sübut etmişik. Mən istintaq qarşısında bir sıra vəsatətlər qoymuşam və bu vəsatətlər təmin olunub və istintaq tərəfindən yoxlanması davam edir. İstintaq bitəndən sonra biz onu görəcəyik. Hər halda həmin vəsatətlərin təmin olunması barədə qərarın surəti mənə daxil olub.

Ramil Nağıyevlə bunun münasibəti pozulandan sonra o müsahibələr verib və bildirib ki, məqsədi siyasi rəhbərliyi şantaj etmək yolu ilə universitet üçün 500 milyon pul tələbidir.O, videolardan, “Azadlıq” qəzetindən rupor kimi istifadə edir ki, Azərbaycanda qarşılıq yaratsın, çevriliş yolu və digər yolla hakimiyyətə gələcək qrup universiteti ona təhvil versin.- Deyir ki, ona görə deputat olmaq istəyirdi ki, qardaşının axtarışlarına daha yaxın olsun. Bu nə dərəcə düzgündür?- Birincisi, deputat olmaq əməliyyat-axtarış tədbirlərində buna hansısa bir üstünlük vermir. O, adi bir vətəndaşdır və hər bir vətəndaşın ailəsində nəsə baş verə bilər. Kiminsə istək və arzusundan asılı olmayaraq, əgər belə fakt baş verirsə, qanuna görə dərhal cinayət işi qaldırılır, istintaq qrupu yaradılır.2005-ci ildə bu Binəqədi rayonundan deputatlığa namizədliyini irəli sürmüşdü. Əgər o, qardaşının məsələsində doğurdan da maraqlı idisə, deputatlığa namizəd kimi toxunulmazlıq statusu var idi. Birbaşa efir kimi şansı var idi. Bundan istifadə edib televiziyadan Prezidentə müraciət edəydi. Yəni bunlar hamısı onun bəhanələridir.

OXŞAR XƏBƏRLƏR