Elşad Abdullayevin videosundakı şəxs danışdı

Elşad Abdullayevin videosundakı şəxs danışdı
Bütün Xəbərlər
11:35 26.12.2012
1673

Fransada yaşayan fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin son videosu da cəmiyyətdə maraqla qarşılandı.  Xatırladaq ki, son videoda Elşad Abdullayevlə itkin düşən qardaşı Mahir Abdullayevin axtarışı ilə bağlı onunla iş adamı Arzu Kazımov arasında vasitəçilik edən Rövşanə Əliyeva arasındakı söhbət əks olunub. Söhbət zamanı Rövşanə Elşad Abdullayevə qardaşının tapılıb, gətiriləcəyinə onu inandırmağa çalışır. Bu zaman Rövşanə bir nəfərlə telefon danışır və ondan xahiş edir ki, Mahiri gətirsin. Rövşanə: Quran haqqı, Zaur gətirəcək onu. “Boyevoy” uşaqdır, deyir, özüm gətirəcəm. Quran haqqı...  Elşad Abdullayev: Bu günə Mahiri tapa biləcəyik, görəsən? Daha sonra telefon söhbəti Elşad Abdullayevlə davam edir. Elşad Abdullayev: Zaur, sən özün gətirə bilməzsən? Zaur:... Rövşanə: Narik bunun dostudur, sən nə danışırsan?  Elşad Abdullayev: Ay sənin canıvı yeyim. Nə vaxt şəhərdə.. bu günləri? Moderator.az saytı Rövşanənin “boyevoy” oğlan adlandırdığı Zaur Kazımovdan son video ilə bağlı açıqlama alıb. Qeyd edək ki, həmin şəxs Elşad Abdullayevin şikayəti üzrə hazırda həbsdə olan Arzu Kazımovun oğlu olan Zaur Kazımovdur. Moderator.az-a açıqlamasında Zaur Kazımov bildirib ki, bu onlara qarşı böhtanın davamıdır: “Kim kiminlə görüşür, kimin yanında başqalarınin adını çəkir, buna biz nə etməliyik. Orada guya Elşad Abdullayev mənimlə telefon danışır. Amma bu mən olmamışam. Nə oyundursa qurublar. Bunların hamısı böhtandır”. Atasının həbsi barədə danışan Zaur Kazımov hələlik heç bir yeniliyin olmadığını deyib: “Atamı şərlədilər. Biz şərə düşmüşük. Allah deyib durmuşuq. Sonda haqq yerini tapar, inşallah”. O atasının səhhətində də problem olduğunu deyib.

OXŞAR XƏBƏRLƏR