Hazırda Fransada mühacir həyatı yaşayan ABU-nun sabiq rektoru Elşad Abdullayev yaxın günlərdə yeni video yayacaq.
AZXEBER.COM-un məlumatına görə, bu videoda onun vaxtilə deputat seçilməsini əngəlləyən qüvvələrdən söhbət gedəcək.
Bununla bağlı "Yeni Müsavat" qəzeti də məlumat verib. E.Abdullayev müraciətində onun deputatlığı ətrafında aparılan oyunun detallarına toxunub, bir daha sabiq deputat Gülər Əhmədova və Sevinc Babayevanın bu işdə oynadığı rolu təfərrüatı ilə açıqlayıb. Bundan başqa, sabiq rektor bu günlərdə yayacaqları bəzi videolardan ştrixlər də açıqlayıb.Həmçinin qeyd edək ki, mühacirətdə yaşayan həmyerlimiz Elnur Məcidli də dünən bununla bağlı məlumat verib. O bildirib ki, Elşad Abdullayevin yeni videosu yaxın günlərdə "Youtube"də olacaq.