Elşad İskəndərov yüksək vəzifəli şəxsin qohumunu işdən çıxartdı

Elşad İskəndərov yüksək vəzifəli şəxsin qohumunu işdən çıxartdı
Bütün Xəbərlər
18:10 09.10.2012
1366
Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) növbəti kadr dəyişikliyi olub.DQİDK-nin Maliyyə şöbəsinin müdiri Gündüz Məmmədov vəzifəsindən azad edilib. Ona bir müddət əvvəl vəzifəsindən öz ərizəsi ilə uzaqlaşmış Səfalı Nəzərlinin – DQİDK-nin Ümumi şöbəsinin müdiri vəzifəsinin icrası həvalə olunub. G. Məmmədovun Maliyyə şöbəsinə rəhbərlik isə başqa şəxsə tapşırılıb.Qeyd edək ki, G. Məmmədov baş nazirin müavini Elçin Əfəndiyevin bacısı oğludur.
APA
OXŞAR XƏBƏRLƏR