Elşən Musayev: 'Azərbaycan xalqı tarixin arxivinə gömdüklərini bir daha geri qaytarmır'

Elşən Musayev:
Bütün Xəbərlər
23:20 20.01.2013
1234

“Həmin hesabatda Azərbaycanla bağlı səslənən iddialar, mülahizələr, sərsəmləmələr qərəz və subyektiv yanaşmadan savayı özündə heç nəyi ifadə etmir”

Gün.Az xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev "Freedom House" beynəlxalq təşkilatının "Democratic breakthroughs in the balance - 2013" adlı hesabatına münasibət bildirərkən söyləyib.Partiya sədri daha sonra bunları bildirib:“Freedom Hause”məqsədi, məramı bəlli olmayan bir təşkilatdır. Həm də bədbəxt bir təşkilat. O mənada bədbəxt ki, əsl təyinatlarının realizəsi ilə məşğul olacaqlarına, istiqaməti tam fərqli bir istiqamətə-biznes marağına yönəldiblər. Açıq qrant bazarına girərək, bəlli dairələrdən gələn təlimatların icrası ilə məşğuldurlar. Sanki, Azərbaycanı haqlı-haqsız söymək kurasiyası bunlara verilib. Sanki bir yerə söz qoyublar , kimlərinsə yanında öhdəlik götürüblər ki, hər hesabatda Azərbaycan hakimiyyətini söyməyənin, tənqid etməyənin, şərləməyənin, nəsli-nəcabəti “belə-belə”olsun...Vəziyyət o yerdədir ki, Ermənistan belə bizdən üstün durumda imiş. Seçkilərdə öz vətəndaşını güllə yağışına tutmaq, siyasi rəqibləri bir-bir çıxdaş etmək, bir başqa ölkənin ərazilərini,bir millətin qürurunu illərdir əsarət altında saxlamaq, Xocalı- adlı bütün dünyanın tanımış olduğu faciənin yaradıcısı olmaq, bütün beynəlxalq təşkilatların qərarlarına, səslənişlərinə, bütün beynəlxalq konvensiyaların göstərişlərinə, tələblərinə tüpürmək sən demə KEYFİYYƏT və İNKİŞAF meyarı imiş!Nə deyim, əhsən! İnsan hüquq və azalıqları yolunda “mübarizə”aparan bu “girdirmə” təşkiların dilindən zatən başqa açıqlama gözləmirik.Separatizmin, terrorçuluğun təbliğ olunmasına bundan sonra da öz töhvələrini verməkdə davam etsinlər. Görək nəticə necə olacaq, və bu absurd məramları ilə hara qədər gedə biləcəklər.Müxalifətin radikal qanadı ilə bərabər yaratdıqları bu “möhtəşəm” tandemin sonunu, eyni zamanda Azərbaycan xalqının 2013 - seçkilərində bu cür “hüquq və azadlıq” dəllallarına, onların ölkədəki “iç güvələri”nə, tərəfdaşlarına endirəcəyi tərs silləni böyük həvəslə gözləyirəm!Və...əgər “Freedom House”- “Azaqlıq” qəzetinin xüsusi buraxılışı və ya Əli Kərimlinin mətbuat katibi kimi sərgilədiyi rolundan məmnunsa, o zaman yaxın perspektivin fiaskosuna da hazır olsun. Azərbaycan xalqı tarixin arxivinə gömdüklərini bir daha geri qaytarmır. Bu millət, hər yerindən duran “reket” təşkilatların sözü, diqtəsi, arzusu ilə oturub durmayacaq qədər müdrikdir, olğundur, böyükdür!

OXŞAR XƏBƏRLƏR