Elşən Musayev: 'İsa Qəmbər bu dəfə haqlıdır'

Elşən Musayev:
Bütün Xəbərlər
22:18 14.01.2013
1407

Əsgər Ceyhun Qubadovun ölümünə verilən reaksiya həm də o həqiqəti özündə ehtiva etdi ki, cəmiyyət heç də müxalifətin iddia etdiyi kimi passiv deyil.

Və ya həmin passivlik yalnız siyasi müxalifətə, radikal cəbhəyə münasibətdə keçərlidir.

Gün.A zxəbər verir ki, bu sözləri politoloq Elşən Musayev əsqər ölümünə etiraz əlaməti olaraq keçirilən 12 yanvar aksiyasına münasibət bildirərkən söyləyib.

Politoloq daha sonra bunları əlavə edib:

“Əgər diqqət yetirdinizsə, müxalifət liderlərinin həmin aksiya ilə bağlı açıqlamalarında natamamlıq sinidromu çox ciddi bir şəkildə hiss olunurdu. Sanki pərt vəziyyətində idilər. Hətta İsa Qəmbər özü də bilmədən belə bir etirafda bulundu ki, 12 yanvar aksiyası son dövrlər keçirilən icazəsiz aksiyaların ən izdihamlısı olub.

Bəli, Müsavat başqanının dediyi kimi də var! İsa Qəmbər bu dəfə haqlıdır! Gerçəkdən cəmiyyətin bu olaya münasibəti, aksiyanın icazəsiz olmasına rəğmən müşahidə olunan izdiham son dövrlərin nadir təsadüflərindən idi. Amma kaş , İsa Qəmbər bunun səbəbini də izah edəydi!

Səbəbsə budur: Xalq sadəcə inandığı, özü üçün məqbul bildiyi, onu gerçəkdən narahat edən məsələlərə münasibətdə adekvatdır. Bu dəfə meydanda siyasi şüarlar yox idi.. Bu dəfə həmin aksiyanı hansısa uğursuz müxalifət lideri təşkil etməmişdi. Bu dəfə haqqlı nigarançılıq ifadə olunurdu.

Hərçənd bəzi qüvvələr, aksiyanı siyasiləşdirçək üçün əllərindən gələni əsirgəmədi. Bunun üçün kifayət qədər cəhdlər edildi. Sonuc olaraqsa heç bir nəticə hasil olmadı. Bütün provokasiyalar fiaskoya uğradı.

Və son olaraq Azərbaycan polisinin davranışını xüsusi təqdirəlayiq hal kimi qeyd etmək istəyirəm.

Onlar, aksiyanın razılaşdırılmış olmamasına, ortada olan həmin o bayaq vurğuladığım provokasiyalara rəğmən böyük səbr nümayiş etdirdilər.

Bu nümunə isə onun göstəricisidir ki, xalq üçün ciddi önəm daşıyan, eyni zamanda yetərli bir həssasiyyətlə müşahidə olunan məsələlərdə hətta qanunun tələbləri və göstərişləri üçün də mümkün bir psixoloji baryer qalmaqdadır.

Azərbaycan polisi həmin baryeri keçmədi. Və sərgilədikləri bu münasibətdən dolayı onlara gerçək bir “təşəkkür” düşür!”

OXŞAR XƏBƏRLƏR