Elşən Musayev: 'İsa Qəmbər Əli Kərimlini keçi qiymətinə satdı'

Elşən Musayev:
Bütün Xəbərlər
17:43 05.09.2012
1799

Siyasi müxalifətin funksionerləri hər nə qədər etiraf etməkdən çəkinib, əsl mahiyyəti gizlin tutmağa çalışsalar da baş verən proseslər əminliklə belə bir fikir söyləməyə əsas verir ki, həmin cəbhədə vəziyyət heç də ürək açan deyil, əksinə ziddiyətlər artıq qaçılmazdır və gözlə görünəcək qədər irəliləmiş durumdadır. Aylardır öz tərəflərindən ortaya atılan və sonucda fiaskoya uğrayan “vahid namizəd” şousu da həmin uğursuz estafetin növbəti davamıdır. Bunu SİA-ya açıqlamasında Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev deyib.

Partiya sədri sözünün davamı olaraq: “Biz aylar öncə deyəndə ki, İsa Qəmbərlə Əli Kərimli aralarında nəyisə belə böləcək qədər iradə sahibi  deyillər, müxalif oponentlərimiz palaz-palaz arqumentlər, bəhanələr səsləndirib özlərinə “əl qatırdılar”ki, nə danışırsız bu belə deyil. Bu da sizə sübut: Kərimli və Qəmbər bu gün əllərində olan bütün media qurumlarını bir-birinin üzərinə amansız bir şəkildə yeridiblər. Sosial şəbəkələrdə bu iki nəfərin tərəfdaşları arasında az qala qan davası gedir. Həm də Prezident seçkilərinə bir ildən də çox vaxt qala…
 
Gerçəkdən gülməli, həm də rəzil bir durumdur. İdeya, məfkurə, hədəf  qalıb bir yanda, bunlar hələ öz aralarında birinci olacaq şəxsin kimliyinə illərdir vara  bilmirlər. Üzdə gülüb, dalda bir-birlərinə sarsıdıcı zərbələr endirirlər. Hətta bəzən həmin zərbələri o qədər amansızcasına endirirlər ki, hətta onların ən qatı əleyhdarları belə heyrətindən donub qalır ki, bizim əvəzimizə bunlar niyə danışır?! 
 
Yadıma 2000-ci ilin Parlament seçkilərində AXCP-nin elektoratını dağıtmaq üçün İsa Qəmbərin öz maraqları naminə oynadığı oyun düşdü. Həmin vaxt Müsavat başqanı siyasi qüvvə olaraq AXCP-nin “klassiklər”qanadını tanıyıb, Əli Kərimlini keçi qiymətinə satdı. Hətta  Qəmbər o dönəmdə mətbuata verdiyi müsahibələrin birində jurnalistin sualına cavab olaraq, Kərimliyə xitabən “Mən o adda siyasətçi tanımıram” ismarıcını göndərmişdi. Kərimlinin də cavabı gecikməmişdi: “Zaman gələr tanış olarıq!”.  
 
Bu söhbətin üzərindən 12 il keçib!. Düz 12 il. Amma görünən budur ki, aradan ötən bu qədər müddət, həmin o haqqında söhbət gedən insanların mahiyyətinə, xislətinə, alıb-satmaq, alınıb-satılmaq təfəkkürünə zərrə qədər də olsa təsir edə bilməyib”, - bildirib. 
 
Elşən Musayev deyib ki, biri “Azadlıq”radiosuna açıqlama verib ortanı qarışdırır. O biri “şillə vuranları“nın ağzı, qələmi ilə cavab qaytarır: "Biri deyir vahid namizəd məsələsi mənim üçün prioritet deyil, o biri deyir sənin üçün deyil, mənim üçün  prioritetdir!  Sonra da hay-küy salırlar ki, demokratik qüvvələrik. Hələ utanmadan həftə səkkkiz-mən doqquz toplantısını  keçirdikləri “İctimai Palata”nı da müxalifətin vahid ideoloji mərkəzi elan edirlər. O zaman meydana sual çıxır: Sizin vahidliyiniz budursa, pərakəndə vəziyyətiniz necə olur görəsən?".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu ərazilərdə ev tikmək qadağandır - SİYAHI
15:12 07.04.2026
Bu ərazilərdə ev tikmək qadağandır - SİYAHI
Bu şəhərdə pensiyalar ödənildi - RƏSMİ
15:07 07.04.2026
Bu şəhərdə pensiyalar ödənildi - RƏSMİ
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və iki əməkdaşın həbs müddəti uzadıldı
14:49 07.04.2026
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və iki əməkdaşın həbs müddəti uzadıldı
Binadan yıxılan qız ADPU-nun tələbəsi imiş - Foto
14:46 07.04.2026
Binadan yıxılan qız ADPU-nun tələbəsi imiş - Foto
Prezident Muhsin Şentürkü qəbul etdi - Fotolar
14:29 07.04.2026
Prezident Muhsin Şentürkü qəbul etdi - Fotolar
"Dövlət başçısının Gürcüstana səfəri strateji tərəfdaşlığın genişlənməsinə yeni təkan verəcək"
14:27 07.04.2026
"Dövlət başçısının Gürcüstana səfəri strateji tərəfdaşlığın genişlənməsinə yeni təkan verəcək"
Çində yeni təhlükə: Gözə zərər verən virus aşkarlandı
14:08 07.04.2026
Çində yeni təhlükə: Gözə zərər verən virus aşkarlandı
Pezeşkiyandan cəsarətli bəyanat: "Canımı fəda etməyə hazıram"
14:06 07.04.2026
Pezeşkiyandan cəsarətli bəyanat: "Canımı fəda etməyə hazıram"
İstanbulda İsrail Konsulluğunun yaxınlığında atəş səsləri eşidilib - ölən və xəsarət alan var
13:49 07.04.2026
İstanbulda İsrail Konsulluğunun yaxınlığında atəş səsləri eşidilib - ölən və xəsarət alan var
Rəngli uşaq geyimlərində zəhərli maddə təhlükəsi: Qurğuşun aşkarlanıb
13:36 07.04.2026
Rəngli uşaq geyimlərində zəhərli maddə təhlükəsi: Qurğuşun aşkarlanıb
Satbayev Universitetində təhsil alan 29 ADNSU tələbəsi ilə görüş keçirildi - FOTOLAR
13:26 07.04.2026
Satbayev Universitetində təhsil alan 29 ADNSU tələbəsi ilə görüş keçirildi - FOTOLAR
Sabah hava necə olacaq?
13:21 07.04.2026
Sabah hava necə olacaq?
ADNSU “Study in Azerbaijan” beynəlxalq təhsil sərgisində təmsil olunub - FOTOLAR
13:20 07.04.2026
ADNSU “Study in Azerbaijan” beynəlxalq təhsil sərgisində təmsil olunub - FOTOLAR
"Azərbaycan-Gürcüstan əlaqələri qitələrarası enerji və nəqliyyat bağlantılarında müstəsna rol oynayır"
13:15 07.04.2026
"Azərbaycan-Gürcüstan əlaqələri qitələrarası enerji və nəqliyyat bağlantılarında müstəsna rol oynayır"
Qumarı ilk oynayan qadınlar olubmuş - ARAŞDIRMA
13:15 07.04.2026
Qumarı ilk oynayan qadınlar olubmuş - ARAŞDIRMA
Cinsiyyətini dəyişən qaradərili aktrisa öldürüldü
13:04 07.04.2026
Cinsiyyətini dəyişən qaradərili aktrisa öldürüldü