Elşən Musayev Siyavuş Qarayevə "nobel mükafatı" verdi - KÖŞƏ

Elşən Musayev Siyavuş Qarayevə "nobel mükafatı" verdi - KÖŞƏ
Bütün Xəbərlər
01:05 19.11.2011
1727

Elşən Musayev

***

Düz 4 il öncə…. Gülüstan sarayında, Heydər Əliyev haqqında yazılan kitabın təqdimat mərasimindəyəm… Salon susqunluq içində möhtəşəm ifanı dinləyir… Son dərəcə səlis, dəqiq, ütülü, rabitəli bir ifanı… Aman Allah!… İnsan bu qədərmi gözəl danışar?!.. Bu qədərmi təbii olar?!.. Söylənən hər kəlmə bu qədərmi içdən gələr?! .”Min əhsən!” ifadəsi var hər kəsin baxışlarında… Elə saraydaca, QHT-lərdən birini təmsil edən qadının dözməyərək yerindən “Allah Səni saxlasın qızım, tüklərimi biz-biz etdin” söylədiyini də aydınca xatırlayıram… Hətta xanım natiq, öz cazibəli çıxışına o qədər aludə olur ki, tədbirdə ondan sonra söz deyəcək bizlər məcburi şəkildə reqlamentə dəyişiklik edib daha yığcam danışmaq məcburiyyətində qalırıq… Amma olsun.. Zatən söylənə biləcək ən gözəl şeyləri söyləmiş artıq bu xanım… …Gültəkin Hacıbəyli xanım…

***

Məncə bu ölkədə iri gövdəli eynəkdən imtina etməyən sadəcə iki adam var: Yazıçı Anar vəEldar Namazov…Elə hal-hazırda bəlkə də min rakursdan seyr etdiyim şəkildə də Eldar müəllim həmin cazibəli eynəyi ilə bərabərdir..Amma bir balaca əyilib eynək. Hiss olunur ki hər iki əli “papka” ilə dolu olduğundan onu düzəltməyə imkan tapmayıb. Necə də olmasa şikayətləri, müraciətləri, xahişləri, tapşırıqları sistemli şəkildə səliqəli, ağ bir vərəqə yazmaq, qeydlər aparmaq kimi böyük missiya sahibidir… Yanında isə Heyder Əliyev var…Güman ki, şəkil, hansısa ucqar rayonlardan birinin sakinləri ilə görüşdən çəkilib. Heyranlıqla prezidentə baxır. Nümunəvi-icraçı görkəmi və sadəlövh baxışları da üstündədir… Deyirəm, kim deyərdi ki, illər keçəcək və…bu adam böyüyüb, yep-yekə bir ziyalı olacaq?!Ya da, bir zamanlar Heydər Əliyevin, Ramiz Mehdiyevin kabinetində ürkək səslə yarım simmetrik vəziyyətdə edilən məruzələr bir gün demokratiya, insan hüquqları, ziyalılıq çağırışları ilə əvəz olunacaq?!..

Qismət…

***

Ağzını uzaq Amerikaya ayıranlara isə Lütfi Zadə bünovrəsini qoyduğu nəzəriyyəden fərqli olaraq son derece Səlis cavab verdi. Kişini ha ora-bura fırladılar,dilindən “Mən Rafiq Əliyevi böyük alim kimi tanıyıram” kəlməsindən o yanasını çıxara bilmədilər…Və, jurnalistlərin hər novbəti ümidlə “Bəs?….”lə başlayan suallarını, özünə məxsus inadkarlıqla düzgün bildiyi istiqamətə yönəltdi: “Prezident İlham Əliyevə və nazirə böyük hörmətim var” … Mesaj konkret idi.. “Əziz dostum, özünə aid işlərlə məşğul ol….Vəssalam” ***

Böyük şairdir Ramiz Rövşən! Həqiqətən böyük şairdir!!! Forumun son iclasında söylədiyi “yek” kəlmə ilə “Biz inqilab istəmirik, istəmirik inqilab!” fəlsəfəsini, hansı dərin mətləblərə yuvarlayıbsa, el-aləm yığışıb mənanı çözə bilmir… Heç çözəmməyəcək də!.. Lap əcəb edib, əlinin də içindən gəlib…Hələ buda azdır, yanında oturanlara!!!

***

Ən kuryoz vəziyyətlə isə, hörmətli Şahlar müəllim üzləşib. Dediyinə görə tam başqa adla tanıdığı məclisə gedirmiş, ünvan tərsə-mayallaq düşüb. Bu təxminən ona bənzəyir ki, toya getdiyin restoranda zalları səhv salırsan. Yeyirsən, içirsən, sağlıq deyirsən, çıxış edib oynayırsan, bir də baxırsan ki məsələn, tutaq ki, bəyin bığı olmalı idi, amma yoxdur.Ya da 2 gün əvvəl səni övladının toyuna çağıran ZİYALI bir adamın əvəzinə qarşına mebel ustası çıxır və s… Amma adamda günah da yoxdur, baxıb ki sağında, illər boyu iqtidarın ən layiqli ruporlarından biri Gültəkin xanım, solunda 70 yaşına qədər bu hakimiyyətin bütün imtiyazlarından sağına- soluna bəhrələnib, sonunda hansısa sözünün yerə düşməsi səbəbindən “20 il susduq, daha buna haqqımız yoxdur” deyib ziyalı olmağa qərar verən Rüstəmbəyov, üzbə-üzündə illər boyu az qala addımını da, nəfəsini də Heydər Əliyevlə qoşalaşdırmağa çalışan Eldar Namazov… Bircə kənarda,dinməzcə Ramiz Rovşən oturub. O dəqiqə də fikir formalaşıb ki, yəqin Ramiz müəllim bu biri cəbhəyə-iqtidara transfer edilib. Amma iş işdən keçəndə bəlli olub ki, məsələ tam tərsi imiş, transfer əməliyyatı üzü bu yana həyata keçirilib…

***

Və günün mövzusu Rafiq Əliyev…

Məncə Rafiq müəllim Nobeli alsa, onu düşünmədən Siyavuş Qarayevə versin. Akademiki bu qədər populyar etdiyi üçün…

//qaynar.info

OXŞAR XƏBƏRLƏR