Elşən Musayev yenə Elşad Abdullayevi biabır etdi - SƏRT SÖZLƏR

Elşən Musayev yenə Elşad Abdullayevi biabır etdi - SƏRT SÖZLƏR
Bütün Xəbərlər
16:30 29.12.2012
1763

“Hər şey sənin arzularınla həllini tapsa, o zaman bu ölkənin bir zamanlar rəhbərlik etdiyin ABU-dan heç bir fərqi olmaz”.

Fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin eks-rektoru Elşad Abdullayevin son zamanlar internet-mediada yaratdığı qalmaqal cəmiyyətin, ictimai-siyasi həyatın müxtəlif təbəqələri tərəfindən ciddi reaksiyalarla, təpkilərlə qarşılanmaqdadır.Abdullayevin mətbuat səhifələrinə yol açan ən son video-müsahibəsi ilə bağlı fikirlərini aldığımız politoloq - Elşən Musayevin mövqeyi də gözlənildiyi kimi sərt oldu:“Mən ilk gündən söyləmişəm ki, bu adam hər addımı ilə blef edir və özünü nə qədər daha dərindən təqdim etməyə çalışsa bir o qədər də açıqlar buraxır. Son video da eyni qəbildəndir.Diqqət etmisinizsə, həmin müsahibə məzmun etibarı ilə ittihamdan daha çox bəraət xarakteri daşıyır və Abdullayev bu dəfə hüquqşünas qiyafəsinə girərək öz timsalında falş arqumentlərlə “günahsız keçi” obrazı yaratmağa çalışır. Oysa ki, bilməsi və anlaması gərəkən bəzi şeylər var:1) Hüquqda “özəl şəxs” – deyə bir termin yoxdur. Yalnız “fiziki şəxs” və “hüquqi şəxs” anlayışı var Və “görkəmli”hüquqşünasa – hüququn əlifbasını da bilmədiyinə görə sadə bir xatırlatma etmək istəyirəm ki, insan kateqoriyası olaraq yalnız “fiziki şəxs” dən danışıla bilər. Hüquqi şəxslər isə onlardan fərqli olaraq hüququn psixoloji, bioloji, eyni zamanda ictimai varlıq hesab edilməyən subyektləridir.2) Elşad Abdullayev çəkilişləri öz xidməti otağında aparıb, həmin çəkilişlər ictimailəşib. Ayrıca, təqdim və müzakirə olunan mövzu şəxsi aspektdən daha çox hüquqi və dövləti əhəmiyyətlidir. Yəni burada söhbət bir şəxsin özünə, ailəsinə, yaxınlarına aid alan özəl bir hadisənin təbliğindən deyil, digər subyektlərin bu və ya digər şəkildə maraq dairəsinə, şəxsi həyatına, bəzi hallarda isə dövlət strukturlarının fəaliyyətinə təsir edəcək birtərəfli təftişindən gedir. Bu isə birbaşa hüquq pozuntusudur, cinayətdir.Çünki, Azərbaycan Respublikasının ana qanunu olan Konstitusiyada elə yalnız bu məsələ ilə bağlı konkret iki imperativ göstəriş var ( 32-ci maddə: “Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz”.Və... 63.4-cü maddə: “Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz”. Amma qanunun bütün bu tələblərinə rəğmən, yenə də ən kiçik ehtimalların araşdırılması məqsədi ilə iddia edilən faktlarla bağlı cinayət işi başlanılıb. İstintaq hərəkətləri aparılır, bütün təfərrüatlar araşdırılır3) Abdullayev, təyinatından da göründüyü kimi apardığı çəkilişləri fakt araşdıran, hadisəni sübut edən element olaraq deyil, sırf şantaj üslubunda və eyni zamanda məqsədli şəkildə dövriyyəyə buraxmışdır. Bu isə cinayət qanunvericiliyi ilə tövsif olunan növbəti cinayətdir.4) O, açıq bir cinayət təhrikçisidir. Videoda sərgilənən ən ciddi, ən aydın, ən önəmli özünü-ifşalardan biri də məhz Abdullayevin Azərbaycan Parlamenti üzvlüyünə qanunsuz və cinayətkar formada iddiasıdır ki, özünün də qeyd və sübut etdiyi kimi bunu reallaşdırmaq milyon dollarlar müqabilində belə baş tutmayıb.Yəni rüşvət subyekti olaraq da cəzalandırılması gərəkən ilk insan onun özüdür və istintaq hərəkətlərinin tam dolğun, qərəzsiz apariıması ilə bağlı absurd ideyalarla çıxıç etməkdənsə, həmin hərəkətlərin aparılmasında bir cinayət subyekti olaraq yaxından iştirak etmək daha faydalıdır. Amma heç şübhəsiz ki, Abdullayev bütün bunları etməyəcək. Çünki bütün video-çarxlarda sərgilənən(eyni zamanda araşdırılması gərəkən) faktlar, cinayətkar davranış ilk öncə onun özünü ifşa edir və vətənə dönəcəyi halda haqqında seçiləcək olan həbs qəti imkan tədbirinin nə qədər real olduğu anlaşılandır.5) Elşad Abdullayevin “həqiqət” dediklərini niyə məhz 7 il sonra ictimailəşdirməsinin özü də ayrı bir araşdırma mövzusudur. Demək ki, o bəlli dairələr tərəfindən idarə olunur. Nəyi nə zaman ictimailəşdirməyi məqsədli şəkilldə müəyyən və diktə edən gözəgörünməz qüvvələr var.6) Diqqət yetirsək görərik ki, Abdullayev son videolar ilə fikri bir zamanlar rəhbəri olduğu ABU-da baş verən cinayətlərdən çox “mahir” şəkildə yayındıra bilib. Bu da onun ən önəmli məqsədlərindən biri olub.7) Elşad Abdullayev dələduzluq və qardaşının itkin düşməsi faktı ilə bağlı açılan cinayət işlərinin qanunvericiliyin tələblərinə uyğun və tam hüquqi təfərrüatlara varılaraq deyil, özünün arzularına uyğun olaraq aparılmasını, davam etməsini istəyir. Hətta bir az da uzağa gedərək yüksək vəzifəli dövlət məmurlarının bu işə heç bir aidiyyatı olmadığı halda istefasını tələb edir.Fəqət tək bir həqiqəti unudaraq: Hadisələrin gərəkən həlli Elşad Abdullayev kimi bir cinayətkarın, şantajçının, dələduzun arzularına hesablanmış, yönəlik xarakter alsaydı, o zaman bu ölkənin- Abdullayevin bir zamanlar rəhbərlik etdiyi Universitetdən heç bir fərqi olmazdı.8) Elşad Abdullayev birmənalı şəkildə Azərbaycana ektradisiya olunmalıdır. Bu mütləqdir. O,özünün də bilmədən sadaladığı, eyni zamanda cəmiyyətə və hüquq mühafizə orqanlarına bəlli olan cinayət əməllərinə görə cavab verməlidir. İnsan hüquq və azadlıqların müdafiəsindən dəm vuran Avropa, Abdullayevin lövbər saldığı Fransa isə bu məsələdə tam qərəzsiz mövqe sərgiləməli, proseslərə adekvat davranmalıdır.Hətta siyasi sığınacaq məqsədi ilə qeyri -dövlətdə düzənlənəcək( yada artıq düzənlənmiş) olan məhkəmə prosesinə Elşad Abdullayevin cinayətkar fəaliyyəti ilə bağlı sübuta yetirilmiş faktlar təqdim olunmalıdır.9) Elşad Abdullayev - bu ölkədə mənəviyyatdan, hüquqdan, ədalətdən, qanunun tələb etdiyi öhdəliklərdən danışacaq, bəhs edəcək ən SONUNCU adamdır! Və bundan sonra yüz il də əmək sərf etsə, həmin siyahıdakı yerini dəyişə bilməyəcək!10) Elşad Abdullayevin bütün “qurban”ları danışmalıdır! Təhsilsiz, diplomsuz qalan tələbələr, qeyri-leqal orqan transplantasiyasında yaxınlarını, əzizlərini itirənlər, qısaca hər kəs və HƏR KƏS danışmalıdır! Onun bütün iftiralarına, həmin iftiraların yüz qat ağırlığında reallıqla cavab verilməlidir! Ölkənin bütün ziyalı və intellektual kütləsinin artıq məsələyə münasibət bildirməsinin zamanıdır! Çünki, bir HƏŞƏRATIN özünü MƏLƏK obrazında təqdim etməsindən böyük absurd yoxdur, olmadı, ola bilməz!Bu arada, illər öncə eşitdiyim və el arasında çox məhşur olan bir olayı xatırladım: “ Demək, bir gün gecə ikən kəndlinin toyuğunu tövlədən oğurlayırlar. Səhər qonşular yığışıb, müxtəlif ehtimallar, versiyalar irəli sürməyə başlayır. Biri deyir- gərək tövləni qapısını bağlı saxlayaydın, digəri deyir- gərək işığı yanıq qoyaydın, bir başqası deyir- gərək ayıq yataydın... Və, beləcə bir nəfər də olsun günahı əsl səbəbkarda- OĞRUDA axtarmır.. Daha doğrusu O kimsənin yadına düşmür”Elşad Abdullayevin videolarına münasibətdə də təxminən bu istiqaməti görürəm..Nəzərlər, ehtimallar, ittihamlar mümkün olan bütün səviyyələrdə kənar və dolayı xəttlərə sızdırılır! Oysa ki, əsl “OĞRU” onun özüdür!!! Oğrunun ifşa olunması üçünsə cəmiyyətin bütün təbəqələri hərəkətə gəlməlidir. /// gun.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
00:25 29.06.2025
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
Xamenei və onun Azərbaycanla müharibəsi
00:14 29.06.2025
Xamenei və onun Azərbaycanla müharibəsi
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
23:59 28.06.2025
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
23:50 28.06.2025
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
23:34 28.06.2025
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
23:27 28.06.2025
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
 Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
23:20 28.06.2025
Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
“Bu, çökən imperiyanın refleksidir”
23:15 28.06.2025
“Bu, çökən imperiyanın refleksidir”
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
23:11 28.06.2025
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
23:01 28.06.2025
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
22:56 28.06.2025
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
22:47 28.06.2025
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
22:41 28.06.2025
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
22:31 28.06.2025
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
22:05 28.06.2025
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb
21:50 28.06.2025
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb