"Çelsi" Aleks Skott üçün təklifini 105 milyon avroya çatdırıb

"Çelsi" Aleks Skott üçün təklifini 105 milyon avroya çatdırıb
İDMAN
18:22 27.08.2026
112
İngiltərənin "Çelsi" klubu Premyer Liqanın digər təmsilçisi "Bornmut"un yarımmüdafiəçisi Aleks Skottu transfer etmək üçün 105 milyon avro təklif edib.

"The Independent"xəbər verir ki, London təmsilçisinin 23 yaşlı futbolçu üçün daha əvvəl etdiyi 80 milyon avroluq təklif rədd edildiyindən məbləğ artırılıb.

Aleks Skott "Bornmut"un 2026-cı ildə təklif etdiyi yeni müqaviləni qəbul etməyib. Yay "transfer pəncərəsi"ndə onunla İngiltərənin digər klubları - "Arsenal", "Mançester Yunayted", "Tottenhem" və "Mançester Siti" də maraqlanıb. Daha əvvəl "Arsenal"ın da təklifi qəbul olunmayıb.

Qeyd edək ki, A.Skott 2023-cü ilin avqustundan "Bornmut"da çıxış edir, klubla müqaviləsi 2028-ci il iyunun 30-dək nəzərdə tutulub. Yarımmüdafiəçi 2025/2026 mövsümündə 39 matçda 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

"Transfermarkt" portalı onun transfer dəyərini 50 milyon avro qiymətləndirir.
 
///"Report"///
OXŞAR XƏBƏRLƏR