"Çelsi"nin futbolçusu "Strasburq"a transfer olunub

"Çelsi"nin futbolçusu "Strasburq"a transfer olunub
İDMAN
13:37 25.08.2026
222
İngiltərənin "Çelsi" klubunun yarımmüdafiəçisi Omari Kelliman Fransanın "Strasburq" komandasına keçib.

Hücumameyilli oyunçu Liqa 1 təmsilçisi ilə müqavilə imzalayıb.

2024-cü ilin yayında "Aston Villa"dan transfer olunan yarımmüdafiəçi zədə səbəbindən ilk mövsümündə heyətdə möhkəmlənə bilməyib.

Xatırladaq ki, O.Kelliman ötən mövsümü icarə əsasında "Kardiff Siti"də keçirib və kollektivin Çempionşipə yüksəlməsinə töhfə verib. O, həmçinin "Çelsi"nin mövsümlərarası toplanışında 2 matçda şans qazanıb.
 
///report///
OXŞAR XƏBƏRLƏR